Modern.az

Avrasiya illüziyası: perspektiv göstəricilər – TƏHLİL

Avrasiya illüziyası: perspektiv göstəricilər  – TƏHLİL

16 Yanvar 2015, 17:10

2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı fəaliyyətə başladı. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstanın üzv olduğu Avrasiya İqtisadi Birliyi ilə bağlı gözləntilər elə də böyük deyil və ekspertlər düşünür ki, bu təşkilat formal xarakterlidir.

Modern.az saytının məlumatına görə ABŞ-ın nüfuzlu “Forreign Affairs” nəşri yazıb ki, Avrasiya İqtisadi İttifaqı vasitəsi ilə Moskva keçmiş Sovet respublikalarını birləşdirməyə ümid etsə də, bu təşəbbüs uğursuzluqla nəticələnib.  

Nəşrin yazdığı “Avrasiya illüziyası” başlıqlı analitik məqalədə Avrasiya İttifaqının tərkibinin genişlənməsi ilə bağlı Moskvanın atdığı addımlar xatırlanıb. “Foreign Affairs” bildirib ki, daha əvvəl Rusiya hədəflərinə çatmaq üçün bir neçə uğursuz cəhd edib, bunlardan biri isə MDB-nin yaradılmasıdır.

Həmin analitik yazını ixtisarla təqdim edirik:  

Gömrük İttifaqı sonradan Avrasiya İqtisadi Birliyinin əsasını qoydu. Lap başdan Moskva ümid edirdi ki, təşkilatın iqtisadi çağırışları yekunda siyasi inteqrasiyanın inkişafına gətirib çıxaracaq. Hələ əvvəldən məlum idi ki, bu təşkilata üzv ölkələrin iqtisadi tənasübsüzlüyü Rusiya üçün əlverişlidir. Dekabrda rublun iflasına qədər Avrasiya İqtisadi İttifaqının Ümumi Daxili Məhsulunun (ÜDM) 87%-nin 83%-i Rusiyanın payına düşürdü.  

Rusiya üçün ən pis iqtisadi proqnozlar onu göstərir ki, bu ölkədə inflyasiya 20% olacaq və kapital axını 150 milyard dollar təşkil edəcək. Amma Rusiya onsuz da Avrasiya İttifaqına üstünlüyü ələ alacaq və təşkilat çərçivəsində onun ümumi iqtisadi çəkisi 4-də 3 nisbətində olacaq.  

Ermənistanın Avrasiya İttifaqına üzvlüyü isə heç vaxt mövcud disbalansı düzəltmədi. Çünki Ermənistanın Avrasiya İqtisadi İttifaqının ÜDM-dəki payı cəmi 1%-dir. Qırğızıstan isə zəif iqtisadiyyata malikdir və bu yalnız kollektiv xərclərin artımına gətirib çıxaracaq və xeyir gətirməyəcək. Avrasiya İqtisadi İttifaqı Ukrayna birləşərsə, bu təşkilata gəlir gətir bilər, amma Rusiyanın Krımı işğal etməsindən sonra Moskva bu şansı itirdi.  

Avrasiya İttifaqının perspektivinə gəlincə, onda kiçik iqtisadi potensialı reallaşdırmağa kömək edən institut yoxdur. Avropa Birliyinə rəhbərlik edən orqanlardan fərqli olaraq, qərarları bütün üzvlər məcburi qaydada icra etməlidir. Avrasiya İttifaqının institutları yalnız tövsiyə etmək səlahiyyətlərinə malikdir və qəbul edilən qərarları həyata keçirmək üçün onlarda siyasi mandat yoxdur.   Görünür, Avrasiya Birliyinin institutları inteqrasiyanın dərinləşməsi görüntüsünü yaradacaq və onun tərkibində əməli addımlar məhdudlaşdırılmış xarakterdə olacaq. Qazaxıstan və Belarus onların milli iqtisadi sistemlərini əhəmiyyətli dərəcədə dəyişəcək addımları çətin ki, bəyənsin.  


Rusiya açıq şəkildə ümid edirdi ki, Avrasiya İttifaqına üzv ölkələr Moskvanın Ukrayna ilə bağlı siyasətini dəstəkləyəcək.   Amma ittifaqın sərhədləri xaricində yaşanan böhran  onun daxilində güclü böhran üçün provakasiya rolunu oynadı, bu isə göstərdi ki, üzv ölkələr bir-biri haqqında düşünür. Avrasiya İttifaqı ölkələri arasında yaranan fikir ayrılıqların səbəbi  iqtisadi inteqrasiya ilə bağlı onların tədricən atacağı addımlarla bağlıdır.

Ukrayna münaqişəsinin başlanğıcında Belarus və Qazaxıstan bitərəfliyini saxlamağa çalışırdı.  Rusiya Krımı birləşdirəndən və Ukraynanın şərqində separatizmi dəstəkləyəndən sonra onlar tərəf tutmamaq şərti ilə  öz narahatlıqlarını ifadə etməyə başladılar.  

Lakin Qərbin Rusiyaya sanksiya tətbiq etməsi nəhayət Belarus və Qazaxıstanı müəyyən mövqe tutmağa məcbur etdi. Belarus və Qazaxıstan Rusiyanın cavab tədbirlərinə qoşulmaqdan imtina etdi.

Vəziyyət həm də ona görə pisləşir ki, Rusiya prezidenti Vladimir Putin Moskvanın Qərblə bağlı siyasətinin dəyişməyəcəyini bildirib. Rusiya iqtisadiyyatının hərəkət istiqaməti onun yeni partnyorlarını əsəbiləşdirməyə vadar edir. Avrasiya İttifaqına üzv ölkələr Rusiya ilə birgə problemlər içərisində boğulmaq istəmir.  

Avrasiya İttifaqı Rusiyada demokratiyanı xatırladır: hamı onun yaranmasına ümid edir və bəzən həyat əlamətlərini göstərir, amma həqiqətdə bu, illüziya olaraq qalır.  

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər