Modern.az

“Ankara sərhədləri müvəqqəti belə açmayacaq”

“Ankara sərhədləri müvəqqəti belə açmayacaq”

Təhsil

27 Avqust 2010, 11:40

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun sözlərinə görə, Ankara müvvəqəti olsa belə, Ermənistanla sərhədi açmayacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə XİN başçısı Konya vilayətində yerli sakinlərlə görüşdə bildirib. 
Davutoğlu qeyd edib ki, NATO-nun sentyabr ayında Ermənistanda planlaşdırdığı təlimlər humanitar xarakter daşıyır. “Təlimlər yeraltı təkanlar və ya təbii fəlakətlərlə bağlıdır. Türkiyə təlimlərdə NATO üzvü kimi iştirak edir, lakin Ermənistanla sərhədin müvəqqəti açılması məsələsi gündəlikdə yoxdur. Bunu hamının bilməsi lazımdır, bu barədə mən artıq demişəm”-deyə Davutoğlu bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə