Modern.az

Medvedev Putinin imzaladığı sərəncamı ləğv etdi

Medvedev Putinin imzaladığı sərəncamı ləğv etdi

27 Avqust 2010, 11:50

Rusiya prezidenti Dmitri Medvedev Moskvadan Sankt- Peterburqa çəkilməli olan surətli avtomobil yolunun inşasını dayandırıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu yol Moskva yaxınlığındakı Ximki meşəsindən keçməliydi.
Medvedevin bu qərarı rus ictimaiyyətinin kəskin etirazlarından sonra verilib. Prezidentin qərarında qeyd olunur ki, məsələyə dair yeni ictimai müzakirələr aparılacaq. Ekspertlərə görə, bu qərar prezident Medvedevlə baş nazir Vladimir Putin arasında ziddiyyət yarada bilər. Çünki yolun çəkilməsi barədə sərəncamı Putin  imzalayıb.

Prezident Dmitriy Medvedev hökumətin Ximki meşəsindən keçməli yolun tikilişiylə bağlı Rusiya hökumətinin qərarını təxirə salıb. Bildirilir ki, işlə bağlı yeni ictimai və ekspert dinləmələri keçiriləcək.

Bir sıra ictimai xadimlər, təbiət mühafizəçiləri meşənin qırılmasıyla bağlı etiraz ediblər. Etirazlara habelə adi insanlar qoşulublar, işlə bağlı hətta Moskvada böyük mitinq keçirilib.

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov Medvedevin qərarını alqışlayaraq qeyd edib ki, “bu, ictimaiyyətin qələbəsidir”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir