Modern.az

Neft bahalaşır

Neft bahalaşır

27 Avqust 2010, 12:13

Londonda və Nyu-Yorkda neftin qiymətləri artıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın əsas əmtəə birjalarında neftin bir barelinin qiyməti 1,2-2 faiz artıb. “Brent” markalı neftin qiyəmti bir barel üçün 75 dollara çatıb. Neftin qiymətlərinin bahalaşmasına Amerika iqtisadiyyatında müsbət meyllərin müşahidə olunması səbəb olub. Əldə olunan məlumatlara görə işsizliyə görə müavinət alan insanların sayı azalıb. Bu isə Amerikada iqtisadi artımın zəifləməsi əlamətlərinə əsasən bazar iştirakçlarının narahatlıqlarını zəiflədib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?