ABŞ-ın eks prezidenti Corc Buşun 2004-cü ildə seçki qərargahının rəhbəri olmuş Respublikaçılar Partiyasının Milli Komitəsinin keçmiş rəhbəri Ken Melman özünün mavi olduğunu etiraf edib. Modern.az- “The Atlantic” jurnalına istinadən xəbər verir ki, bu barədə Melman çərşənbə günü jurnalistlərə bildirib. Özünün oriyentasiyanı açmağı Melman mavilərə dəstək olmaq və onların hüquqlarını müdafiə etmək məqsədi ilə etdiyini vurğulayıb.
Melman Pespublikaçılar Partiyasına rəhbərlik edərkən bir neçə ştatda mavilərin hüquqlarını müdafiə eədəcək qanunların qəbulu üçün çalışıb. Melman bildirib ki, bu zaman heç nədən şübhələnməyən Respublikaçıların ciddi təpkisi ilə qarşılaşib və təkiflərini fərdi şəkildə irəli sürməyə məcbur olub.
Corc Buşun keçmiş tərəfdaşı hazırda investisiya şirkətində vitse-prezident vəzifəsini daşıyır. 43 yaşlı Melman heç vaxt evli olmayıb.