Modern.az

Telejurnalistlər senzura və korrupsiyaya qarşı...

Telejurnalistlər senzura və korrupsiyaya qarşı...

Dünya

27 Avqust 2010, 13:18

Özbkistanin “Eşlar”(Gənclik) telekanlının əməkdaşları Milli Teleradio Şirkətinin rəhbərliyini senzura və korrupsiyada ittiham ediblər. Modern.az “Ferqana.ru” saytına istinadən xəbər verir ki, Saodat Omanova və Maloxat Eşonkulova bu məqsədlə Daşkənddə mətbuat konfransı keçiriblər. Bu tədbirdə, yerli hüquq müdafiəçiləri, Almaniya, Fransa və ABŞ-ın diplomatları iştirak ediblər.

Mətbuat konfransında telekanal əməkdaşları bəyan ediblər ki, qanunvericiliklə senzura qadağan olunsa da, rəhbərlik tərəfindən  tətbiq olunur.

“Reportajda olan bütün tənqidi materiallar, bəzən isə hazır süjetləri efirdən çıxarırlar. İstənilən dövlət məmurunun jurnalistin hazırladığı materialda dəyişiklk aparmaq səlahiyyəti var”-deyə jurnalistlər şikayətləniblər.  

Onlar həmçinin bildiriblər ki, telekanalda dövlət televiziyası olan “Özbəkistan”ın rəsmi xəbərlərini oxumağa məcbur edirlər. “Özəl xəbərlər hazırlamaq qadağan edilib”-deyə Omanova vurğulayıb.

Jurnalistlər həmçinin bildiriblər ki, Milli Teleradio Şirkəti hökümətin televiziyanın inkişafı üçün ayırdığı vəsaitləri mənimsəməklə məşğuldurlar. “Bu pulların böyük hissəsi rəhbərliyin cibinə gedir, gözdən pərdə asmaq üçünsə aşağı keyfiyyətli texniki avadanlıq alırlar”.

Jurnalistlərdən biri güc strukturlarına korrupsiya faktları ilə bağlı məlumat verib. Aparılan yoxlama əmək haqlarının ödənilməsində pozuntular olduğunu təsdiq edib.

Qeyd edək ki, özbək televiziyalarında belə “qiyamlar” nadir halalrda təsadüf olunur. Bir neçə il əvvəl dövlət televiziyasının aparıcısı Elmira Hasanova senzuraya qarşı açıq çıxış etdiyinə görə işdən çıxarılmışdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir