Modern.az

Facebook itkin düşənləri axtaracaq - YENİLİK

Facebook itkin düşənləri axtaracaq - YENİLİK

20 Yanvar 2015, 11:28



Facebook şirkəti itkin düşən uşaqların axtarışı ilə məşğul olan "National Center for Missing and Exploited Children” təşkilatı ilə saziş imzalayıb.

Modern.az xəbər verir ki, saziş çərçivəsində şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya işləyən istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər (AMBER Alerts) paylaşacaq.   “AMBER Alerts” uşağın fotoşəkilinin, onun əlamətlərinin, hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qısa təsvirin, eləcə də ətraflı məlumat üçün linkin daxil olduğu bildirişdir.  

Facebook-da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. “AMBER Alerts” əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq, lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir.    

Bundan əvvəl “AMBER Alerts” proqramı Facebook-da işləsə də, ayrıca ümumi səhifə olmayıb.  

Hazırda sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq    


Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır