Modern.az

Yəməndə üsyançılar Prezident sarayını ələ keçiriblər

Yəməndə üsyançılar Prezident sarayını ələ keçiriblər

Dünya

20 Yanvar 2015, 22:21



Yanvarın 20-də Yəmən prezidentinin sarayına hücum olub. Modern.az bildirir ki, xarici KİV-lər ölkənin informasiya nazirinə istinadla xəbər verib ki, Prezident sarayına hücum edən silahlı dəstə onu ələ keçirməyə nail olublar. Nazir baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb.
Silahlıların şiələrin birləşdiyi Husiler qrupuna məxsus olduğu bildirilir.

Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin qiyamçılardan gizləndiyi qeyd olunur.
Qiyamçıların hücumu nəticəsində ölkənin müdafiə naziri Mahmud əs-Subayh da yaralanıb, bir sıra hökumət binaları isə ələ keçirilib.

Güc strukturları ilə üsyançılar arasındakı silahlı qarşıdurmalar nəticəsində onlarla ölən və yaralanan var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir