Modern.az

Əfsanəvi inqilabçının nəvəsi öldü

Əfsanəvi inqilabçının nəvəsi öldü

Dünya

22 Yanvar 2015, 13:16



Məşhur inqilabçı Erneso Çe Gevaranın nəvəsi Kanek Sançes Gevara Meksikada dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yazıçılıqla məşğul olan Kanek Sançes ürəyində keçirilən çətin əməliyyatdan sonra Mexikoda vəfat edib. Onun 40 yaşında olduğu bildirilir. Kanek Sançes Gevaranın atası meksikalı Albeto Sançes, anası isə Çe Gevranın qızı İldita olub.

Nəvə Gevara Kuba inqilabına qarşı tənqidi münasibəti ilə seçilib. Onun fikrincə, bu “nə demokratik, nə də kommunist inqilabı” olub. Sançes etiraf edirdi ki, əfsanəvi babasının qohumları ilə ünsiyyətə can atsa da, bu “azadlığı hər şeydən ali dəyər hesab edən ondan” müəyyən davranış çərçivəsində olmağı tələb edirdi.

 Xatırladaq ki, daha çox “Çe” adı ilə tanınan Ernesto Gevara de la Serna (1928-1967) Cənubi Amerikalı inqilabçı, 1959-cu ildə baş verən Kuba inqilabının iştirakçısı və dövlət xadimi olub. Lakin 1967-ci ildə Boliviyada inqilabi hərəkata başçılıq etmək istəyərkən o amerikalıların yardım göstərdiyi yerli hökumət qoşunlarına məğlub olmuşdu və güllələnmişdi.

Ölümündən sonra o, populyarlıq qazandı və azadlıq mübarizəsinin simvoluna çevrildi.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir