Modern.az

Ermənilər baş nazirə yalvardılar: “Rusiyaya getməyimizə kömək edin!” - VİDEO

Ermənilər baş nazirə yalvardılar: “Rusiyaya getməyimizə kömək edin!” - VİDEO

22 Yanvar 2015, 17:39

Ermənistanda bir qrup vətəndaş hökumət binasının qarşısında aksiya keçirərək Rusiyaya daxil ola bilməmələrinə görə etiraz ediblər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan vətəndaşları 2015-ci il başlayandan işləmək, müalicə almaq, yaxud qohumlarını ziyarət etmək üçün üz tutduqları Rusiyaya daxil ola bilməmələrindən gileyləniblər. Baş nazir Ovik Abramyana müraciət edən ermənilər ondan məsələnin həlli üçün yardım istəyiblər. “Xahiş edirik, əgər mümkünsə, Rusiya tərəfi bizi amnistiya tətbiq etsin, axı biz qatil deyilik! Əgər kriminal elementlər varsa, onda razıyıq – qoy Rusiyaya buraxmasınlar. Lakin əgər bu işçi, yaxud müalicəyə gedən adamdırsa, qadağaya səbəb nədir? Rusiyaya gedənlərin 90 faizi ora kefindən getmir. Onlar öz ailələrini, öz uşaqlarını saxlamaq üçün ora gedirlər”, – deyə etirazçılardan Artsvin Abacyan deyib.

Etirazçılar Rusiya səfirliyinin onların şikayətinə baxmadığnı və Ermənistan Miqrasiya Xidmətinə müraciət etməyi məsləhət gördüklərini deyiblər. Miqrasiya Xidməti isə vətəndaşlara ərizə yazmağı və 3 ay ərzində cavab gözləməyi təklif edir. 

 



Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir