Modern.az

Türkiyədə matəmdir

Türkiyədə matəmdir

Dünya

24 Yanvar 2015, 01:08


Türkiyədə Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz Al Səudun ölümü ilə əlaqədar 1 günlük matəm élan edilib.
Modern.az saytı xəbər verir ki, yanvarın 24-də Türkiyə ərazisində Səudiyə kralının ölümü ilə əlaqədar bayraqlar yarıya qədər endiriləcək.

Yeri gəlmişkən, kral Abdulla bin Əbdüləziz Al Səudun vəfatı münasibətilə İordaniyada 40 günlük matəm elan edilib. Misirdə isə 7 günlük matəm elan olunub.

Səudiyyə Ərəbistanının özündə isə kralın ölümü ilə bağlı matəm elan olunmayıb. Kral ailəsi bunu vəhabi ənənəsi ilə izah edib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı cümə gününə keçən gecə, 91 yaşında vəfat edib. Abdulla kral taxt-tacına 2005-ci il avqustun 1-də sahib olub. Abdullanın qardaşı, vəliəhd şahzadə Salman bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanının yeni, sayca yeddinci kralı olub.

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir