Modern.az

“Həzin nəğmələrdə yaşayan şəhər”

“Həzin nəğmələrdə yaşayan şəhər”

8 Oktyabr 2009, 12:40

Sumqayıt şəhər “28 May” mədəniyyət evində şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə Sumqayıtın 60 illik yubliley tədbirələri çərçivəsində Sumqayıta həsr edilmiş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı poeziya almanaxının təqdimatı və  “Sumqayıta həsr edilmiş ən yaxşı şeir” müsabiqəsinin yekularına həsr edilmiş tədbir keçirilib.

Poeziya almanaxının tərtibçisi şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq almanax barədə ətraflı məlumat verərək bildirib ki, bu almanaxda 39 şairin şeirləri əks olunub ki, bunların arasında Sumqayıt şairləri ilə yanaşı Nəbi Xəzri, Fikrət Sadıq, Əhməd Cəmil, Vahid Əziz, Hafiz Baxış, Zivər Ağayeva kimi tanınmış qələm sahiblərinin də şeirləri yer alır.

Almanaxda yer alan şeirlərin bir neçəsi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının aktyorlarının və mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin üzvlərinin ifasında tamaşaçılara təqdim edilib.

Sumqayıta həsr edilmiş ən yaxşı şeir müsabiqəsinin nəticələri münsiflər heyəti tərəfindən elan edilməzdən əvvəl münsiflər heyətinin sədri Adilxan Bayramov çıxış edərək müsabiqənin gedişatı barədə məlumat verib və bildirib ki, müsabiqəyə təqdim edilmiş 17 şeirdən 6-sı seçilərək müvafiq yerlərə layiq görülüb.

Nəticələrə görə 3 həvəsləndirici mükafata Asif Asiman (“Ay Sumqayıtım”), Qafaqaz Əvəzoğlu (“Var Sumqayıtım”),  Ağanənə Seyidqızı (“Şan-öhrət payım”), III yerin mükafatına Aygün Yaşar (“Sumqayıtım”), II yerin mükafatına Sabir Sarvan (“60-da gəlin kimi”), I yerin mükafatına İbrahim İlyaslı (“Ağ günlər eşqiylə yaranan şəhər”) layiq görülüblər.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi