Modern.az

Daban çatları nədən xəbər verir və yaranma SƏBƏBLƏRİ

Daban çatları nədən xəbər verir və yaranma SƏBƏBLƏRİ

Aktual

26 Yanvar 2015, 23:11


Orqanizmdə baş verən ən kiçik dəyişiklik belə hansısa bir ciddi xəstəlik haqqında xəbərdarlıq ola bilər. İnsanın keçirdiyi və məhəl qoymadığı adi narahatlıq hər hansı bir orqandakı problemə işarədir.
Tez-tez rastlaşdığımız narahatlıqdan biri də dabanlarda yaranan çatlardır. Bunun səbəbini bilmədən, həkimə müraciət etmədən bu xoşagəlməz halla bağlı insanlar kifayət qədər bəhanələrlə özlərinə təsəlli verirlər. Bunun səbəbini ya narahat və keyfiyyətsiz ayaqqabılarda, yaxud gün ərzində çox piyada gəzməkdə, ayaq üstə durmaqda görürlər.

Modern.az saytı mütəxəssis rəylərini diqqətinizə çatdırır.

Dabanlarda çatların yaranma səbəbləri aşağıdakı xəstəliklərdən ola bilər:

Maddələr mübadiləsinin pozulmazı
Qalxanabənzər vəzin xəstəlikləri
Diabet
Qastrit
Yolxucu xəstəliklər
Dəri xəstəlikləri

Həmçinin bu xoşagəlməz hala səbəb orqanizmdə A və E vitaminlərinin çatışmazlığı da ola bilər. Bunlarla yanaşı artıq çəki, qan dövranında yaranmış poblemlər dabanlarda çatların yaranmasına gətirib çıxarır.

Daban çatlarının yaranmasının başlıca səbəblərindən biri də ayaqlara vaxtlı-vaxtında qulluq göstərilməməsidir. O, cümlədən dar və süni dərilərdən tikilmiş ayaqqabılar da bu problemin ortaya çıxmasının əsas səbəblərindən biridir.

Profilaktik tədbir kimi həftədə 3 dəfədən az olmayaraq ayaq vannaları etmək lazımdır. Xüsusilə sodalı vannalar daha effektli olur. Ayaq dərisini, dabanları yumşaq saxlamaq üçün xüsusi ayaq kremlərindən istifadə etmək də müsbət nəticə verir.
Amma bütün bunlardan əvvəl dabanlarda yaranmış çatların səbəbini aydınlaşdırmaq və bu səbəbi aradan qaldırmaq üçün həkimə müraciət olunmalıdır.

İlham Cəmiloğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?