Modern.az

“Qarabağ fotolarda” – Qarabağda “yoxlamalar” aparan Firudin Cəlilov və Sabir Rüstəmxanlı

“Qarabağ fotolarda” – Qarabağda “yoxlamalar” aparan Firudin Cəlilov və Sabir Rüstəmxanlı

27 Yanvar 2015, 17:55

Modern.az “Qarabağ fotolarda” rubrikasını davam etdirir. Bu dəfə təqdim edəcəyimiz foto bizi uzaq 1990-cı ilin Qarabağına aparacaq. Bu o zaman idi ki, hələ Qarabağ işğal olunmamışdı. Lakin artan siyasi gərginlik Qarabağın başı üstünü alan fəlakətdən xəbər verirdi. Bu məqsədlə də milli ruhlu iki tanınmış şəxs, professor Firudin Cəlilov və şair, “Azərbaycan” qəzetinin təsisçisi Sabir Rüstəmxanlı Qarabağa səfər edir. Məqsəd oradakı vəziyyəti yoxlamaq və əhali arasında maarifçilik işini aparmaq, onları ruhlandırmaq idi. Hər iki ziyalı milli hislərə görə fərqlənirdi. Elə onları Qarabağa da aparan bu olub. Hazırda Türkiyədə həkim nəzarətində olan sabiq təhsil naziri Firudin Cəlilov foto haqqında bunu danışır: “1990-cı ildə Sabir bəylə sərhəd bölgələrində vəziyyəti öyrənmək üçün getmişdik. Bu foto Qubadlıda çəkilib. Başqa məşhur adamlardan heç kəs yox idi. Elə ikimiz idik. əvvəlcə Qubadlıda olduq, sonra Laçına getdik”.

Çox keçməyəcək ki, SSRİ adlanan xalqlar həbsxanası çökəcək və fotodakı bu iki şəxs nazir olacaqdı. Biri təhsil naziri, o biri isə mətbuat və informasiya naziri...

Və... çox keçməyəckdi ki, Qarabağ da işğal olunacaqdı...

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir