Modern.az

Hüquq müdafiəçiləri niyə seçkidə iştirak etmək istəmirlər? (sorğu)

Hüquq müdafiəçiləri niyə seçkidə iştirak etmək istəmirlər? (sorğu)

Qarabağ

30 Avqust 2010, 17:59


Ölkənin siyasi partiyaları cidd-cəhdlə seçkiyə hazırlaşasalar da, insan hüquqları sahəsində fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatlarının üzdə olan rəhbərləri bu məsələdə fəal görünmürlər. Parlament seçkilərində iştirak etmək onaların əksəriyyəti üçün cazibədar deyil..

Modern.az-ın hüquq müdafiəçiləri və QHT rəhbərləri arasında apardığı sorğu bu passivliyin səbəbini açıqlamağa xidmət edib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Şəmiyyətinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu seçkilərdə iştirak etməyəcək. Modern.az-a açıqlamasında o, bildirib ki, ictimai sferada apardığı iş onu qane edir.

“Bizim işimiz elə depuatatın fəaliyyətini xatırladır. Bütün günü insan hüquqları  ilə bağlı şikayətləri qəbul edirik”-deyən Novella xanımın fikrincə, parlamentdə qanun yaradıcılığı prosesində hüquqşünaslar olmalıdır. Siyasi partiyalardan namizəd siyahısına dəvətlər aldığını  deyən hüquq müdafiəçisi bunları qəbul etməyib.  

Digər tanınmış hüquq-müdafiəçisi Səidə Qocmanlı da Milli Məclisə seçkilərdə namizəd olmaq niyyətində deyil. O da həmkarı kimi işinin elə deputatsayağı olduğu qənaətindədir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov üçün də parlament seçkiləri cazibədar deyil. Modern.az-a fikrini açıqlayan Məmmdov bildirib ki, əsas məsələ maliyyə vəsaiti və siyasi dəstəkdir. “Kampaniyada Bakıda 50 min manat, ana yurdunda bir qədər az pul xərcləməlisən. Mənim o qədər pulum yoxdur”-deyə Sahib Məmmədov vurğulayıb ki, siyasi dəstək baxımından iqtidardan heç nə gözləmir. Müxalifətdən olan təklifləri isə nəzakətlə rədd edib. “İqtidarı tənqid edirəm, bu baxımdan dəstək gözləmək yersiz olar. Müxalifətdən isə dəstək istəməzdim”.

Modern.az-ın araşdırmasına görə, tanınmış hüquq müdafiəçiləri və QHT liderlərindən Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Sabit Bağırov, Eldar Zeynalov, Leyla Yunus və digərləri də seçkilərə qatılmaqdan imtina ediblər.

Amma buna baxmayaraq özlərini seçkidə sınamaq niyyətində olan bir sıra QHT rəhbərləri də  var.  

Tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə seçkilərdə namizəd kimi qatılacaq. Hələlik iki dairə üzərində seçim aparır-ya doğulduğu Ağdaş rayonundan, ya da Bakının Binəqədi 2-ci seçki dairəsindən namizədliyini irəli sürəcək. Çingiz bəy seçkilərə müstəqil namizəd kimi qatılacaq. O bir sıra hüquq müdafiəçilərinin seçkilərə qatılmaqda maraqlı olmamalarını qanun yaradıcılığı işinin şətin olması ilə əlaqələndirir. “Hüquq müdafiəçisi sadəcə bəyanatla öz işini bitmiş hesab etməməlidi. Bunun üçün qanundan baş açmaq lazımdır”-deyən Çingiz Qənizadə Milli Məclisə seçiləcəyi tədirdə faydalı olacağı qənaətindədir. 

Miqrantlara Hüquqi Yardım Birliyinin rəhbəri Əlövsət Əliyev namizədliyini Abşerondan irəli sürmək niyyətindədir. Bizimlə söhbətdə Əliyev bildirib ki, seçkilərə ictimai marağın azalması insanlarda bu kampaniyada iştirak etmə marağını zəiflədib.

İqtisadi İslahatlara Yardım Mərkəzinin rəhbəri tanınmış iqtisadçı Vüqar Bayramov da seçkilərdə namizəd kimi iştirak etmək niyyətindədir. Modern.az-a açıqlamasında Bayramov deyib ki, namizədliyini 18 saylı Nərimanov seçki dairəsindən irəli sürməyi planlaşdırır. Milli Məclisdə iqtisadçıların olmasını vacib sayan Vüqar bəyin sözlərinə görə, keçmiş sovet respublikalarında QHT rəhbərləri aktiv seçki kampaniyası aparır və parlamentə seçilə bilirlər.

Bundan başqa  tanınmış hüquqşünaslar Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Əliməmməd Nuriyev də parlament seçkilərində iştirak etmək barədə qərar qəbul ediblər.

Qeyd edək ki, böyük QHT sektorunu hazırda Milli Məclisdə  yalnız bir nəfər-Azay Quliyev təmsil edir. Vətəndaş Cəmiyyətinin lokomotivi olan ictimai liderlərin sayı isə Milli Məclisdə çox olsa yaxşıdı.    

X.Səfəroğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü