Modern.az

76 yaşlı bakirə qarı ərə getdi - VİDEO

76 yaşlı bakirə qarı ərə getdi - VİDEO

30 Yanvar 2015, 16:26


Səkinə adlı 76 yaşlı pensiyaçı tatar qadın həyatda ilk sevgilisi ilə Qocalar evində rastlaşıb. Modern.az saytı xəbər verir ki, onun seçdiyi 67 yaşlı əlil Qusman Valiulin həyatı boyu heç vaxt evli olmayıb.
“O, çox yaxşı insandır. İçmir, siqaret çəkmir, hamıya kömək edir. Elə anlar olub ki, özümü pis hiss etdiyimdən yatmışam, o isə yanımdan ayrılmayıb, limonlu çay gətirib”, - Səkinə ilk sevgilisi haqda danışarkən deyib.

İndi Kazan şəhərindəki Qocalar evində yaşayan qadın ərinə cani-dildən qulluq edir, axı 76 yaşı olsa da Səkinənin əlinə heç vaxt kişi əli dəyməyib. O, bakirəliyini qoruyub və bu haqda açıq şəkildə danışır.

Cavanlığında şəxsi həyatına vaxt qalmayıb, səhər tezdən fermaya işləməyə yollanıb, evə isə faktiki olaraq gecə qayıdıb. Bundan əlavə, anası çox ciddi qadın olub, ona hətta əks cinsin nümayəndəsinə gözünün ucu ilə baxmağı belə, qadağan edib: “Hətta yanıma gələrək könlünü təklif edən kişiləri anam bəzən dəyənəklə qovardı”.

İndi anası artıq həyatda olmadığından yaşlı qadın ömrünün qalan hissəsini sevdiyi kişiyə həsr etmək qərarına gəlib. Qocalar evində onlar üçün ayrıca otaq ayrılıb. Yeni evlənənlər gələcək üçün plan cızmırlar, onlar bu günlə yaşayırlar.

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir