Modern.az

Rusiyadan Azərbaycanın atdığı addıma DƏSTƏK: “Sağlam düşüncəlidirlər”

Rusiyadan Azərbaycanın atdığı addıma DƏSTƏK: “Sağlam düşüncəlidirlər”

31 Yanvar 2015, 10:55

Dövlət Dumasının sədri Sergey Narışkin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumdakı Azərbaycan nümayəndə heyətinin Rusiyanı dəstəkləməsinə münasibət bildirib.

Modern.az saytının verdiyi xəbərə görə Sergey Narışkin bu barədə “Vesti 24” telekanalının efirində dasnışıb. O bildirib ki, AŞPA-da Rusiya lehinə səs verənlər sağlam düşüncəli, dürüst, hər şeyə ədalətlə yanaşanlardır. “Dostlarımız və həmkarlarımız olan Azərbaycan nümayəndə heyəti  tam tərkibdə bizim lehimizə səs verdi. Azərbaycan ədalətin, sağlam düşüncənin və demokratiyanınm xeyrinə səs verdi”,-deyə Dövlət Dumasının sədri bildirib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının plenar iclasında Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi məsələsinə Azərbaycan etiraz edib. Azərbaycan nümayəndə heyəti bu məsələdə Rusiyanın lehinə səs verib.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı