Arxiv
8 Oktyabr 2009, 14:48 | ÖLKƏ
Rabitə işçiləri arasında ümumrespublika müsabiqəsi elan olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) rabitə və informasiya texnologiyaları sahəsi işçiləri arasında “Ən peşəkar Kabel calayıcısı”, “Kross işçisi”, “Montyor”, “Poçtalyon” və “Poçt əməliyyatçısı” adı uğrunda ümumrespublika müsabiqəsi  elan edib. Bu barədəd Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müsabiqə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində rabitə və informasiya texnologiyaları nazirinin müvafiq əmrinə əsasən keçirilir.
Öz bilik və bacarığına güvənən rabitəçilər müsabiqəyə qatılmaq üçün oktyabrın 20-dək 498 86 20 və 498 75 65 nömrəli telefonlar vasitəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. Müsabiqədə dövlət müəssisələrinin, birgə müəssisələrin və özəl müəssisələrin nümayəndələri iştirak edə bilərlər. Yarışa rabitə və informasiya texnologiyaları sahəsində ən azı 5 il iş təcrübəsi olan işçilər qatıla bilərlər. “Rabitə ustası” fəxri adı almış işçilər müsabiqəyə qatıla bilməzlər. Müsabiqənin məqsədi rabitə işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, daha peşəkar və yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsinin genişləndirilməsi, onların nəzəri, praktiki biliklərinin qiymətləndirilməsi, ən yaxşı peşəkar rabitəçilərin fərqləndirilməsi, onların mükafatlandırılması və beləliklə də, əməyin stimullaşdırılmasının daha da gücləndirilməsidir. Müsabiqənin keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirinin əmri ilə peşəkar rabitəçilərdən ibarət Münsiflər Heyəti yaradılııb
Münsiflər Heyətinin üzvləri hər bir nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yeri tutmuş müsabiqə iştirakçılarını müəyyənləçdirəcəklər. Müsabiqədə 1-ci yeri tutan işçilər “Rabitə ustası” fəxri adı ilə, 2-ci və 3-cü yerləri tutan işçilər isə diplom və pul mükafatları ilə təltif ediləcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42