Modern.az

Əli Kərimli jurnalisti özünə müavin təyin etdi

Əli Kərimli jurnalisti özünə müavin təyin etdi

Təhsil

2 Fevral 2015, 23:13


AXCP sədri Əli Kərimli özünə yeni müavin təyin edib. Modern.az saytı xəbər verir ki, bu, bir neçə gün öncə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzidir. Qeyd edək ki, Seymur Həzi həm də AXCP Rəyasət Heyətinin üzvüdür.

Təyinat barədə məlumat verən Əli Kərimli bildirib ki, “Azadlıq” qəzetinin həbsdə olan siyasət şöbəsinin müdüri, “Azərbaycan saatı”nın aparıcısı Seymur Həzini AXCP sıralarında mübariz yol keçib. O, Seymur Həzinin AXCP sədrinin müavini vəsifəsində də özünü doğruldacağına inandığını vurğulayıb.


Symur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək