Modern.az

“Bu il kənd təsərrüfatı məhsulları ucuzlaşacaq” - Eldar İbrahimov

“Bu il  kənd təsərrüfatı məhsulları ucuzlaşacaq” - Eldar İbrahimov

3 Fevral 2015, 13:38


“Prezident İlham Əliyevin yanvarın 12-də imzaladığı sərəncamla 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi. Bu, prezidentin aqrar sahəyə diqqət və qayğısının nəticəsidir. Sərəncamda bununla bağlı tapşırıqlar verilib. Bununla əlaqəli olaraq Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə proqram hazırlayıb.

Hesab edirəm ki, kənd təsərrüfatı ili elan olunması yalnız bu sahə ilə məşğul olan qurumlara deyil, bütün Azərbaycana aiddir. Buna görə də hamı bu sahənin inkşafı üçün çalışmalı, öz töhfəsini verməlidir ki, bu il daha da uğurlu və xeyirli olsun”.

Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

O qeyd edib ki, Azərbaycanda bir çox məhsullara olan tələbat ölkədaxili güc hesabına təmin edilir: “Yeganə bizdə problemli olan taxıldır, prezident də regionların sosial-iqtisadi inkişaf proqramı ilə əlaqədar çıxışında aqrar sahənin qarşısında çox məsuliyyətli vəzifələr qoydu. Bunları yerinə yetirmək üçün taxıl istehsalını artırmalıyıq. Biz nəinki özümüzü ərzaqla təmin etməliyik, hətta xarici ölkə bazarlarına da çıxmalıyıq. Bunun üçün keyfiyyətli, ekoloji cəhətdən təmiz, standartlara uyğun kənd təsərrüfatı məhsulları istehsal etməliyik.

İnanram ki, bu il uğuru bol olacaq. İlham Əliyevin 2014-cü il aprelin 16-da imzaladığı fərmana görə Prezident Administrasiyası 6 ay müddətində “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlayıb prezidentə təqdim etməli idi. Artıq layihə hazırdır. Yəqin ki, bu ay ərzində qanun layihəsi müzakirə olunacaq. 2014-cü il yanvarın 16-da imzalanan fərmanla Azərbaycanda fermerlərə “İnformasiya məsləhət xidmətlərinin səmərəli təşkili” sahəsində işlər görülməsi tapşırılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə birgə qanun hazırlamışıq. Onu da fevral-mart ayında müzakirəyə çıxaracağıq.

Kənd təsərrüfatı ilində kənd təsərrüfatı məhsulalrının qiymətində ucuzlaşma olacaqmı” sualına cavab olaraq komitə sədri bildirib: “Kənd təsərrüfatı məhsulu nə qədər çox istehsal olunarsa, bazarlarda da qiymətlər sabitləşəcək. Artıq bildiyiniz kimi, ətin qiyməti ucuzlaşıb. Bunu zaman diqtə edir. Çox istehsal daha çox ərzaq təhlükəsinin aradan qaldırılması, maddi rifahın yaxşılaşdırılması deməkdir”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür