Modern.az

Bu gün Modern.az saytının 1 yaşı tamam olub

Bu gün Modern.az saytının 1 yaşı tamam olub

Media

1 Sentyabr 2010, 13:31

Bu gün Modern.az  saytının 1 yaşı tamam olur. 2009-cu il sentyabrın 1-dən onlayn-qəzet kimi fəaliyyətə başlayan internet portalı ötən bir il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Saytın fərqli təqdimatları, yeni layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq bir il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən internet qəzetinə çevrilə bilib. Saytımıza ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas veriri.
Sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, müəllif yazılarının təqdimatını davam etdirəcək.
Yaxın vaxtlarda isə oxucularımız yeni projelərlə tanış ola biləcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi