Modern.az

Ermənistanın Rusiyadan uzaqlaşmasında Azərbaycanın rolu: Özəl kəşfiyyatın TƏHLİLİ

Ermənistanın Rusiyadan uzaqlaşmasında Azərbaycanın rolu: Özəl kəşfiyyatın TƏHLİLİ

3 Fevral 2015, 23:38

ABŞ-ın məşhur “Stratfor” Qlobal Analitik Mərkəzinin proqnozuna görə Belarus və Ermənistan Moskvanın Qərblə qarşıdurmasını nəzərə alaraq Rusiya ilə bağlı siyasətlərini təkrar gözdən keçirə bilərlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Stratfor” ekspertləri bu barədə hazırladıqları hesabatda  Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi Minskin Avrasiya İqtisadi İttifaqından çıxmaq haqqındakı xəbərdarlığını xatırladıb.  

Qeyd edək ki, Aleksandr Lukaşenko bəyan etmişdi ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində əldə edilmiş razılıqlara riayət edilməsə, Belarus bu təşkilatın sıralarını tərk edə bilər. 

Nüfuzlu beyin mərkəzi “Stratfor” hesab edir ki, Belarus və Ermənistan Rusiyanın strateji oriyentasiyasını dəstəkləməyə davam etsə də, Kremllə əlaqələri məsələsinə yenidən baxacaq.  

Analitik mərkəz bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində artan çətinliklərdə Rusiyanın oynadığı rolu nəzərə alır. “Stratfor” vurğulayıb ki, Yerevanın strateji müttəfiqi olan Rusiya Ermənistanın təhlükəsizliyinin əsas qarantı olmaqla yanaşı,  bu ölkənin İran və Türkiyə ilə  sərhədlərini də  müdafiə edir.

Hesabatda o da yazılıb  ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və onun kəskinləşməsi Ermənistanın Rusiya siyasətində əngəlləyici amil ola bilər.  

“Stratfor” Dağlıq Qarabağ münaqişəsini Ukrayna böhranı kontekstində də təhlil edib. Təhlildə göstərilib ki, Ukrayna münaqişəsi Dağlıq Qarabağ konfliktinə təsir edir və qoşunların təmas xəttində artan gərginlik bunun bariz nümunəsidir.

Siyasi araşdırmalar mərkəzi ötən ilin noyabr ayında Azərbaycan ordusunun cəbhə xəttində Ermənistana məxsus hərbi helikopteri vurmasına diqqət çəkərək bildirib ki, Rusiyanın bu hadisəyə reaksiyası çox zəif oldu.

Mərkəzin ekspertləri Ermənistanın bu amilləri nəzərə alaraq Rusiya ilə münasibətlərə yenidən baxacağını güman edir. Bununla belə, Ermənistanın Rusiya ilə bağlı  siyasətdə əvvəlki kimi ehtiyatlı mövqe tutacağı da vurğulanır. Yerevanın Moskva ilə münasibətləri tam olaraq korlamamaq istəməsi buna əsas səbəb kimi göstərilir.  

“Stratfor” Qlobal Analitik şirkəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınır. O, özəl kəşfiyyat strukturu kimi fəaliyyət göstərir.  

Aqşin Kərimov    


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir