Modern.az

Bakıda salınacaq möhtəşəm abidənin müəllifi Modern.az-a danışdı

Bakıda salınacaq möhtəşəm abidənin müəllifi Modern.az-a danışdı

4 Fevral 2015, 09:58

Memar Reinhart Mundt Bakıda dənizdə tikiləcək ecazkar bir sənət abidəsinin müəllifidir.

“Kalper layihəsi” adlandırılan abidənin eskizindən də göründüyü kimi, bu tikili Milli Park tərəfdə dənizə doğru planlaşdırılıb.

Spiral formasında olacaq abidə daimiliyi, əbədiyaşarlılığı ifadə edir. Abidənin ortasında alovlanacaq məşəl isə Odlar Yurdunun ifadəsidir və tarixiliyi göstərir.

Bir neçə ay əvvəl Heydər Əliyev Fonduna təqdim edilən layihə maraqla və razılıqla qarşılanıb.

Hazırda müəyyən rəsmi prosedurları gözlədiyini deyən müəllif Reinhart Mundt Modern.az saytına açıqlamasında tikintinin nə zaman başlanacağı ilə bağlı Azərbaycan rəsmi orqanlarından hələlik dəqiq tarix almadığını  deyib. 

Memar, rəssam və fotoqraf olan Reinhart Mundt Almaniyada yeni dövr incəsənətinin tanınmış nümayəndələrindəndir. Emalatxanasında sənət əsərlərini göstərərkən onun üçün həyat, sənəti əlaqələndirmənin eyni məna daşıyan qavramlar olduğunu deyir.

Əsərlərində insan ruhunun dərinliklərinə enib oradakı bacarıqlara hakim olmağı aşılayan sənətkar, insan təbiətinin gizlinlərinin başgicəlləndirici genişliyini fərqli baxışlarla izah edir. 

1983-cü ildən bu yana sənətkar Almaniya və digər Avropa ölkələrində, o cümlədən Rusiya və Ukraynada, uzaq Şərq ölkələrində ucaldılan bir çox möhtəşəm abidələrin müəllifidir.

Onu Azərbaycana bağlayan maraqlı məqam var. Bu da Reinhart Mundtin  Almaniyanın Köln şəhərində əslən azərbaycanlı olan memar İldirim Sultanovun rəhbərlik etdiyi “Zarifa-Art” İncəsənət Agentliyinə bağlı çalışmalarıdır.

İldırım Sultanovun indiyə qədər təşkil etdiyi 87-ə qədər incəsənət sərgilərində agentliyə bağlı 74 rəssam və heykəltaraşın sənət əsərləri sərgilənib.








Toğrul ƏZİZ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər