Modern.az

“Azərbaycanda dinini dəyişənlər daha çox şəhərlərdədir” - Dini Komitədən rəsmi AÇIQLAMA

“Azərbaycanda dinini dəyişənlər daha çox şəhərlərdədir” - Dini Komitədən rəsmi AÇIQLAMA

4 Fevral 2015, 11:48

 “Azərbaycanda dinini dəyişən insanların konkret statistikası yoxdur”. Bunu Modern.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I  müavini Səyyad Aran deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-islam dinini və yaxud da əksini qəbul edənlərə hər il rast gəlmək mümkündür. 

“İnsan azadlıqlarına və hüquqlarına uyğun olaraq dövlətimiz dini plüralizm şəraitini təmin edib. Azərbaycanda da qeyri-islam təriqətlərinə meyl edən adamlar var. Hətta məlumatımız olub ki, filan qədər adam “Həyat sözü” dini icmasına üzv olub. Sadəcə olaraq ehtiyac duyulmadığından Azərbaycanda dinini dəyişənlərlə bağlı statistika aparılmır. Çünki Azərbaycanda vətəndaşların vicdan azadlığı tam təmin olunub. Bu, Azərbaycan Respublikası Konstitutsiyasının 48-ci maddəsinə təsbit edilib. Həmin maddədə göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. O cümlədən, “Dini Etiqad Azadlığı Haqqında” Qanunun 1-ci maddəsində də bu fikir daha geniş təsbit edilərək, ifadə olunub”. 

Səyyad Aran həmçinin Azərbaycanda qeyri-islam dininə meyl edənlərin mərkəzlərini də açıqlayıb: 

“Bütün demokratik ölkələrdə dini dəyişməklə bağlı tam sərbəstlik var. Avropa ölkələrində, Amerikada başqa qitələrdə də insanların islam dininə meyl etməsinin şahidi oluruq. Azərbaycanda da xristian dininə meyl edən müəyyən insanlar var. Onlar müxtəlif dini sektalarda fəaliyyət göstərirlər. Azərbaycanda dinini dəyişənlər daha çox şəhərlərdə özünü göstərir”. 

Namidə BİNGÖL 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir