Modern.az

Ermənilər Ağrı dağını necə özününküləşdiriblər?

Ermənilər Ağrı dağını necə özününküləşdiriblər?

Aktual

4 Fevral 2015, 14:07


Dünya xalqlarının özünəməxsus tarixi rəmzləri var. Bu rəmzlər həmin xalqların milli kimliyini, milli varlığının bütün özünəməxsus əlamətlərini özündə cəmləşdirir və canlandırır. Ümumtürk kimliyi üçün Ağrı dağı obrazı da böyük milli əhəmiyyət kəsb edir. Özünün ideya çalarlarına görə milli dəyərlərin simvolu sayılan Ağrı dağı hər bir türk xalqının etnik kimlik rəmzidir. Kim bu etnik kimliyə sahib çıxarsa, o da bölgənin ideoloji sahibi olar.

Cənubi Qafqaz regionunda etnik kimliyə malik olmayan ermənilər Ağrı dağını özləri üçün müqəddəs elan edir və bununla da heç bir əsası olmayan iddialara baş vurur. Təbii ki, Ermənistan bu iddianı həyata keçirmək üçün erməni xalqının yaddaşına Ağrı dağını birdəfəlik sırımaq, bu prosesi ilk növbədə dövlət rəmzləri daxilində canlandırmağa çalışır. Ölkələrin dövlət rəmzləri daxilində simvollar həmin ölkənin tarixi keşmişini, mənşəyini, ideologiyasını obyektiv əks etdirməli, özündə heç bir yalanı, saxtakarlığı göstərməməlidir. Əgər dövlət rəmzi üzərində göstərilən hər hansısa rəmz özündə yalançı bir mətni gizlədərsə, bu həmin dövlətin birbaşa mövcudluğu və xəstə ideologiyaya xidmət etməsini göstərər. Ermənistan  da bu gün öz gerbi və digər dövlət əhəmiyyətli rəmzlərində Ağrı dağını təsvir etməklə hansı bir yalançı təxəyyülə məxsus olduğunu göstərir.

Məlumatlara görə, ermənilər ilk dəfə Ağrı dağından simvol kimi 1918-ci ildə yaradılan erməni-daşnak hökumətinin gerbində istifadə ediblər. Lakin digər mənbələrdən məlum olur ki, Ağrı dağı ilk dəfə simvol kimi, rəsmi rəmz şəklində Tiflis Quberniyasının gerbində istifadə edilib. Məhz bundan sonra simvol 1918-ci ildə erməni-daşnak hökümətinin, 1922-ci ildən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının, 1937-ci ildən Ermənistan SSR-nin, nəhayət SSRİ dağılandan sonra Ermənistanın gerbində təsvir edilib. Buradan belə aydın olur ki, Ağrı dağının ilkin olaraq rəsmi şəkildə emblem daxilində təsviri belə ermənilərə məxsus olmayıb.
Məlumatlara görə,  Ermənistan SSR-in gerbində Türkiyəyə aid olan Ağrı dağının təsvir olunması ilə razılaşmayan Türkiyə hökuməti buna etirazını bildirib. Həmin dövrdə SSRİ xalq xarici işlər komissarı olan Çiçerin isə belə cavab vermişdi: “Bəs nəyə görə Türkiyənin bayrağında Ay təsviri var?! Axı Ay da Türkiyənin deyil”! Çiçerinin bu cavabı özündə bütün həqiqətləri göstərirdi. Yəni, nə olsun ki, Ağrı dağ Ermənistana aid deyil, Ay türklərin olmadığı və insanlar üçün əlçatmaz olduğu halda türk bayrağında təsvir edilib, Ağrıdağ da ermənilərə aid deyil və onlar üçün Ay qədər əlçatmazdır, amma yenə də təsvir edilib.

Ermənistanın gerbi daxilində Ağrı dağının təsviri olan, qartal və şir tərəfindən tutulan qalxan üzərində təsvir edilən və yanlarında guya mövcud olmuş erməni dövlətlərinin bayraqlarının görüntülərindən ibarətdir. Gerb daxilində Ağrı dağı üzərində bir qayıq təsvir olunub ki, bu da Nuhun gəmisinin təsviridir. Bibliya əfsanəsinə görə, ümumdünya tufanından sonra gəmi Ararat adlı uca bir dağda lövbər salmışdı. Nuhun gəmisinin harada lövbər salmasından asılı olmayaraq qeyd edək ki. ermənilər Nuhu özlərini əcdadı hesab edir və nəsillərinin ondan törəyən Haykın şəcərəsindən götürülməsini əsassız bir şəkildə qeyd edirlər. Bununla da milli şəcərələrini Ağrı dağ və Nuhun gəmisi ilə bağlayan ermənilər özlərinin dünya xalqları arasında ilkin formalaşan bir xalq olmasını irəli sürməyə çalışırlar. Lakin tarix Ağrı dağınının adının belə ermənilərə məxsus olmadığını göstərir.

Ermənilərin Ararat adlandırdığı Ağrı dağının etimologiyasına nəzər saldıqda ona bu adın XIX əsrdə avropalı səyyahlar tərəfindən verildiyi məlum olur. İngilis dövlət xadimi, hüquqşünası və tarixçisi Ceyms Brays 1876-cı ildə öz səyahət xatirələrini qələmə aldığı “Transqafqaz və Ararat” adlı kitabında yazır ki, “ yerli xalqlara (türklər, tatarlar (azərbaycanlılar), farslar və ermənilər nəzərdə tutulurdu) bu ad, yəni “Ararat” adı tanış deyildir. Məhşur Avropa səyyahı Robert Tomson dağın adının mənşəyini Ayrarat əyaləti ilə əlaqələndirir. Araşdırmalara görə, bu əyaləti belə ermənilər uydurma “Böyük Ermənistan” vilayətlərindən biri kimi təqdim edir. Lakin nəinki bu torpaqlar, hətta Ararat sözünun belə ermənilərə heç bir aidiyyəti yoxdur. Ararat Assuriyanın şimalında yerləşən qədim Urartu dövlətinin və assuriya xalqının dilindəki qədim adlardan biridir.

Hətta Ağrı dağının erməni dilindəki ənənəvi adı- Masisin də ermənilərlə heç bir əlaqəsi yoxdur. Rus- sovet tarixçisi və şərqşünası, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Qafqaz, İran və Qədim Rusiyanın orta əsrlər tarixini araşdıran A.Novoseltsevin fikrincə, “Masis” sözünün özü belə İran mənşəlidir və “ böyük-nəhəng ” deməkdir. Erməni dili daxilində çoxlu sayda türk və iran mənşəli sözlər var ki, həmin sözlər hansı bir mədəniyyətin daşıyıcısı olmalarını həmin andaca bildirirlər.

Ağrı dağı bir tərtəfdən bir simvol kimi özündə qədim tarixi həqiqətləri gizlədirsə, digər tərəfdən, artıq özündə bütün erməni xəstə təxəyyülünü və uydurma tarixini gizlədir. Erməni xalqının, “tarixi”nin və onun ideologiyasının predmetlərini müəyyən etmək üçün, sadəcə Ağrı dağına baxmaq kifayətdir.

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?