Modern.az saytında dünəndən yaranan texniki problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Üstəlik bu gün səhər saat 9.00-dan 12.50 radələrinədək işıqlarımızın söndürülməsi işimizi bir qədər də düyünə saldı.
Saytın onlayn rejimində işləməsi, materialların vaxtlı-vaxtında yenilənməsi ilə bağlı çətinliklər qalmaqdadır.
Bu gün 1 yaşı tamam olan Modern.az qəfil və gözlənilməz texniki xətalardan yaxa qurtarmağa çalışır.