Modern.az

Qorbaçov Ukraynanı xilas edəcək – TƏHLİL

Qorbaçov Ukraynanı xilas edəcək – TƏHLİL

5 Fevral 2015, 12:09

Moskvaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi və Kiyevin silahlandırılması Ukrayna böhranına son qoymayacaq. Modern.az saytının məlumatına görə bu barədə Britaniyanın nüfuzlu “The İndependent” qəzeti analitik məqalə ilə çıxış edib.

Nəşr bildirib ki, münaqişələrin həlli ilə bağlı diplomatiya ən yaxşı alternativ variantdır. “The İndependent” Ukrayna böhranının həllində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun rolundan söz açıb.    

Qəzet yazıb ki, SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov personasının timsalında Qərblə Rusiyanın barışıq əldə etmək təcrübəsi mövcuddur.  

Məqalədə deyilib ki, hazırda münaqişənin eskalasiyası Vaşinqton və Avropan arasında Ukrayna ordusunu silahlandırması məsələsini müzakirə etmək ehtiyacını zəruri edir, bu isə Qərbin Rusiyaya qarşı ikiqat təzyiqi deməkdir. 

Nəşr vurğulayır ki, Qərbin Rusiyaya qarşı bu cür yanaşması lazımlı olsa da, ortaya başqa məsələlər çıxır.  

“Birincisi  Qərb Ukrayna iqtisadiyyatını dirçəltmək üçün 10 milyard dollardan çox vəsait xərcləməlidir, hazırda Kiyevə edilən yardımın məbləği elə də böyük deyil.  Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, Qərb yeni impulsu diplomatik səylərə verməlidir”,-deyə nəşr yazıb.  

Məqalədə vurğulanıb ki, Mixail Qorbaçov rəqibləri danışıqlar masası ətrafında bir araya gətirməyi vaxtilə sübut etdiyindən, hazırda da Ukrayna münaqişəsinin diplomatik yolla tənzimlənməsində unikal fiqur rolunu oynayır.  

Lakin hər şeyin yalnız Qorbaçovdan asılı olmadığı da qeyd edilib və bildirilib ki, o, təkbaşına bunun öhdəsində gələ bilməz. Qəzet yazıb ki, Qorbaçov amili  ilə paralel olaraq, Qərb liderləri tərəfindən yeni diplomatik impulslar və Kiyevə iqtisadi dəstək də tələb olunur.    

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər