Modern.az

Komitə sədri: “Rayonlarda kişilər arvadlarının biznes qurmasına qadağa qoyurlar”

Komitə sədri: “Rayonlarda kişilər arvadlarının biznes qurmasına qadağa qoyurlar”

6 Fevral 2015, 11:50

“Rayonlarda qadınlarımızın kiçik biznes qurmalarına çalışırıq, amma həyat yoldaşları tərəfindən qadağalar qoyulur”. Modern.az xəbər verir ki, bunu “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, boşanmalar haqqında da danışıb:

“Ailə başçılarının aqressiv davranışları, zorakılıq, döyülmə halları ailələrin dağılmasına gətirib çıxarır. Biz bu gün yetişən gənc nəsli maarifləndirməli, xüsusilə bu işi intensivləşdirməliyik. Rayonların əksəriyyətinin icra hakimiyyəti başçılarının, bələdiyyələrin işində qadınlar mühüm rol oynayır. Eyni zamanda, bu sahələrdə çalışan qadınlarımız dinin, mənəvi dəyərlərin aşılanmasında xüsusi işlər görməlidirlər”.

Komitə sədri bir məsələyə də xüsusi diqqət çəkib: “Ən vacib məsələ KİV-lərdə düzgün, dolğun məlumatlar verilməsidir. Hər hansı sensasiya yaradan hadisələr cəmiyyətə əks təsir göstərir. Ona görə də bu məsələdə diqqətli olmalıyıq”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir