Modern.az

Mülki əhalinin hədəf kimi götürülməsi Ermənistan hərbinin iflasıdır

Mülki əhalinin hədəf kimi götürülməsi Ermənistan hərbinin iflasıdır

Aktual

6 Fevral 2015, 18:17


Ermənistan Silahlı Qüvvələri dünən Tovuz rayonunun Əlibəyli kəndini iriçaplı silahlardan atəşə tutub. Axşama doğru kəndi bir neçə saat ərzində intensiv atəş altında saxlayan Ermənistan hərbi qüvvələrinin atəşi nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva biləyindən yaralanıb.

Məlumatlara görə kənddə bir ev təmamilə yanıb. Atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan dəyib.  

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini atəşə tutması heç bir beynəlxalq hüquqa sığmır. Təbii ki, ermənilərin mülki əhalini intensiv atəş altında saxlaması bir növ qorxaqlıqdan irəli gəlir. Müharibənin öz qaydaları var. Millətindən asılı olmayaraq mülki əhaliyə divan tutan, qadınları və uşaqları hədəf alan hərbi qulluqçu heç bir zaman hərbçi şərəfi və ləyaqətindən danışa bilməz. Mülki insanların hədəf kimi götürülməsi heç nəyə sığmır.  

Ermənilərin mülki əhaliyə hücumları Xocalıdakı dinc insanlara qarşı soyqırımı aktından sonra təbii ki, təəccüblü deyil. Xatırladaq ki, 2011-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində 9 yaşlı Fariz Bədəlov öz həyətlərində oynayarkən snayper gülləsi ilə vurulmuşdu. Yalnız psixi problemlərə malik olan, xəstə təxəyyülə məxsus şəxs bunu edə bilərdi. Həmin ilin iyulun 14-də Əlibəyli kəndində ermənilərin təxribat qruplarının qurduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Aygün Şahmalıyeva şəhid olmuşdu.

Beynəlxalq terrorda daha  sıx rast gəldiyimiz bu tipli təxribatlar, mülki əhalinin hədəfə alınması birbaşa terror aktı kimi dəyərləndirilməli və beynəlxalq qrumlar tərəfindən öz hüquqi qiymətini almalıdır. Lakin bu beynəxalq qrumlar nəinki mülki əhalinin atəşə tutulması haqqında tədbirlər görür, hətta özlərinə məxsus avtomobilərin monitorinq zamanı atəşə tutulmasını belə təqdim edə bilmirlər. Xatırladaq ki, Azərbaycan sərhədində, həm də işğal olunmuş ərazilərimizdən keçən təmas xəttində mülki əhaliyə qarşı açılan atəşlər və itkilərlə bağlı mütəmadi şəkildə BMT-nin Baş katibinə məlumatlar təqdim olunur. Bu faktlarla bağlı hesabatlar daimi şəkildə Azərbaycanın daimi nümayəndəliyi tərəfindən həm BMT rəhbərliyinə, həm ATƏT, həm də Avropa İttifaqına təqdim olunur.  

Ermənistan rəhbərliyinin bu tipli düşçüncədə olması ilk növbədə öz xalqı və öz ölkəsi üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq. Hətta Ermənistan belə vətəndaşları cəbhə xəttinin intensiv atəşə tutulması və mülki əhalinin öldürülməsini öz gözləri ilə görür. Lakin onlar bir şeyin də şahididirlər ki, əhali Əlibəylidə də, Qapanlıda da o cümlədən digər cəbhə xəttində yerləşən bütün kəndlərdə də yeni-yeni yaşayış binaları tikir və Azərbaycan Silahlı Qüvvələri ətrafında daha da sıxlaşır.  

Şahin Qocayev  

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı