Modern.az

Bakıdan Təbriz və Borçalıya müraciət: “Ermənilərdən sizə dost olmaz”

Bakıdan Təbriz və Borçalıya müraciət: “Ermənilərdən sizə dost olmaz”

Aktual

7 Fevral 2015, 15:56

2011-ci ildə Ermənistandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan çıxışında belə bir sərsəmləmə etdi:“...Digər tərəfdən, etnik azlığın sayını dəqiq müəyyənləşdirmək də mümkün deyil. Məsələn, mən sabah durub deyə bilərəm ki, çinliyəm. Heç kim də mənə bunun əksini sübut edə bilməz. Ona görə də əgər kimsə Ermənistanda yaşayırsa və hesab edirsə ki, ermənidir, deməli, o ermənidir. Təbii ki, bizim ölkəmizdə azərbaycanlılar yaşayır, onların sayı xeyli çoxdur, ancaq onlar özlərini artıq azərbaycanlı kimi hiss etmir və azərbaycanlı saymır”. 

Aleksandr İsgəndəryanın bi sözlərini hətta Ermənistanda heç kim ciddi qəbul etmədi, əksinə, həm onun sözlərini, həm də “Jamanak” qəzetinin iddialarını məsxərəyə qoydular.

Çünki Ermənistanda bir nəfər azərbaycanlının qaldığını belə, qəbul etmirlər. 

Bütöv Azərbaycan prizmasından yanaşdıqda ortaya bir sual çıxır:

Ermənistan nədən hələlik bu gün Azərbaycanda yaşayan azərbaycanlıları hədəf seçir, Cənubi Azərbaycanda və Borçalıda olan soydaşlarımıza düşmən münasibətlərini gizlədir? 

Ermənistanın coğrafi yerinə baxsaq, Cənubi Azərbaycan və Gürcüstanda yaşayan soydaşlarımızlə soyuq davranması bu ölkənin sakinlərini ölüm qarşısında qoyar.

Ancaq həm Cənubda, həm də Borçalıda azərbaycanlıların ermənilərlə istər ticari, istərsə də şəxsi əlaqələr qurması milli birliyimiz üçün olduqca zərərlidir.
Bəs, Yer üzündə olan azərbaycanlılara qənim kəsilən ümumi düşmənə qarşı birləşə bilməməmiz hansı vəziyyətin göstəricisidir?! 

2011-ci ildə Ermənistan mətbuat bazarında özünə aparıcı yer tutan “Jamanak” qəzetinin yanvar sayında dərc olunan məqalədə bildirilirdi ki, Ermənistanda 8 minə yaxın azərbaycanlı yaşayır və onlar Azərbaycana qayıtmaq barədə fikirləşmirlər.

Təbii ki, qəzetin verdiyi rəqəm Azərbaycan Respublikası vətəndaşları üçün deyil, Ermənistanda ticarətlə məşğul olan, Cənubda və Borçalıda yaşayan azərbaycanlılar üçün nəzərdə tutula bilər. 

Məsələnin görünməyən tərəfini aydınlaşdırmaq, araşdırmaq əvəzinə bizim mətbuat erməniləri ələ salmaqdan başqa, o qəzeti yalanlamaqdan savayı bir addım atmadı. 

Bu gün Ermənistanda Cənubi Azərbaycandan gəlmiş şəxslər yaşayır ki, onlar da Ermənistan deyil, İran vətəndaşlarıdır.

Onlar Ermənistanda miqrant və iş adamı kimi yaşayırlar.

Milli iradəni parçalayan bu vəziyyətdən istifadə etməyə çalışan erməni rəhbərliyinin əsas məqsədi ondan ibarətdir ki, guya, onlar azəbaycanlılara düşmən münasibəti bəsləmirlər. Yəni onların göstərmək istədiyi budur ki, nə fərqi var Təbriz, yoxsa Bakı azərbaycanlısı, hər ikisi Ermənistanda yaşaya bilər. 

Ancaq bizim soydaşlar unudurlar: təxminən bir əsr o tərəfdən üzü bəri ermənilərin həm Cənubda, həm də Borçalıda xalqımıza qarşı törətdikləri vandalizm nümunələri kifayət qədərdir.

Odur ki, Cənubdakı soydaşlarımıza və borçalılara bu məsələdə prinsipal olmaq üçün müraciət edirik. Bu gün sizə dost libasında özlərini göstərən ermənilər sabah ələ fürsət düşən kimi öz vandal əməllərini təkrarlayacaqlar. 

Təbii ki, həm Borçalıda, həm də Cənubda milli təəssübkeşlər kifayət qədərdir. Ancaq hamımızın eyni mövqedən çıxış etməsi Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsini tezləşdirəcək ən vacib amildir. Bunu unutmayaq.

 Şahin QOCAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar