Modern.az

AXCP sədrinin müavini iqtidara dialoq təklif edir

AXCP sədrinin müavini iqtidara dialoq təklif edir

Təhsil

1 Sentyabr 2010, 21:01

AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni təkliflə çıxış edib. O bildirib ki, müxalifət partiyaları Azərbaycan prezidenti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını birgə müzakirə etməlidirlər:
«Rəsmi Bakı Qarabağ problemini BMT tribunasında müzakirəyə çıxarır. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gələn ay işə başlayacaq növbəti sessiyasının gündəliyinə daxil edilib. Məsələnin sentyabrın 9-da müzakirəyə çıxarılacağı gözlənilir. Ermənistan çox narahat olub. Amma, zənnimcə bu ən doğru addımdır. Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın istədiyi tərzdə həll olunması mümkün deyil. Buna görə də münaqişənin BMT-yə qaytarılması ən doğru addımdır. Minsk Qrupuna isə Azərbaycan tərəfi get-gedə amorf bir qurum kimi yanaşmalı və tədricən onun xidmətlərindən imtina etməlidir. Azərbaycan bunu etmədikcə həll variantı uzanacaq. Digər tərəfdən, Minsk Qrupu qaldıqca münaqişənin hərbi yolla həlli də istisna təşkil edir. Bu baxımdan Azərbaycanın Minsk Qrupunda qalaraq hərbi bəyanatlar da səsləndirməsi reallığı əks etdirmir və Ermənistanı da rahat edən məqam budur. Amma, iqtidarın da Qarabağ münaqişəsini həll etmək limiti bitməkdədir və yaxın zamanlarda bununla bağı ciddi addımlar atılmasa, daxildə ciddi narazılıqların artması qaçılmazdır. Müxalifət də bu məsələdə məsuliyyətini hiss edir və problemin həlli üçün iqtidarla danışıqlara hazırdır. Çünki, Dağlıq Qarabağ münaqişəsi xalqın və millətin, Azərbaycan dövlətçiliyinin problemidir və bu məsələnin yalngz YAP hakimiyyətinin üzərində qalması Qarabağın itirilməsinə qədər gətirib çıxara bilər. Ona görə də, məsələnin BMT gündəliyinə qaytarılmasını yaxşı hal kimi dəyərləndirirəm və növbəti addgm kimi, iqtidar-müxalifət danışıqlarının başlanmasını labüd bir hal kimi görürəm. Aparıcı müxalifət partiyalarının iştirakı ilə ölkə prezidenti arasında toplantı keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırar və Azərbaycan iqtidarına beynəlxalq aləmdə istifadə üçün kifayət qədər əsaslar verərdi».

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə