Modern.az

”Aslan Aslanovun həbsinə hazırlıq gedir” - Vəkildən ŞOK AÇIQLAMA

”Aslan Aslanovun həbsinə hazırlıq gedir” - Vəkildən  ŞOK AÇIQLAMA

Aktual

8 Fevral 2015, 21:25


Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək həbs olunan Lamiyə Quliyeva və Vüqar əliyevin işi ətrafında məsələ böyüməkdədir.
Modern.az saytı xəbər verir ki, sözügedən qətldə təqsirləndirilərək ömürlük həbs cəzası almış məhkum Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov yeni açıqlama ilə çıxış edib.

”Fevralın 8-də belə bir məlumat aldıq ki, Aslan Aslanov həbs olunub.Rəsmi orqanlarla apardığımız dəqiqləşdirmədən sonra belə məlum oldu ki, Aslan Aslanovun həbs olunması barədə informasya təsdiqlənmir, lakin onun həbs ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır...”,-deyə vəkil Adəm Məmmədov bildirb.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini  Aslan Aslanovun oğlunun qətlə işi sön vaxtlar ölkə mediasının əsas müzakirə mövzusudur. Sözügedən qətllə bağlı 2003-cü ildə başa çatmış məhkəmədən 11 il keçəndən sonra belə məlum olur ki, vaxtilə istintaq qeyri-obyektiv aparılıb, qətli Lamiyə Quliyeva törətsə də, hadisəni onun keçmiş nişanlısı Vüqar Əliyevinm boynuna qoyublar. Məhkəmə V.Əliyevə ömürlük, L.Quliyevaya isə 10 il iş kəsib.

2013-cü ildə Lamiyə Quliyevanın həbs müddəti başa çatas da, onun barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə əlavə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar L.Quliyevanın cəzası daha 5 il 6 ay artırılıb. 

Bu isə məsələyə dair yeni şübhələr yaradıb. Elə buna görə də Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan Respublika prokurorluğunun verdiyi protestə məhkəmədə baxılacaq. Protestə bir neçə gün sonra - fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bu işlə bağlı daha bir mübahisə doğuran məsələ 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada, atasız uşaq doğmasıdır ki, hadisə Azərbaycan cəmiyyətində rezonansa səbəb olub.

Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub. Vəkili V.Əliyevin günahsız olaraq həbs olunduğunu deyir və onun əfvi üçün ölkə başçısına müraciət hazırlayıb.
“Növbəti günlərin birində geniş mətbuat konfransı keçiriləcək, qaranlıq qalan bütün məqamlar aydınlığa qovuşacaq. Əfv ərizəsi də ordan ictimaiyyət vasitəsilə cənab prezidentə ünvanlanacaq”,-deyə vəkil Adəm Məmmədov Modern.az-a bildirib.

Vəkil iddia edir ki, qətlin Vüqar Əliyevin boynuna qoyulması Aslan Aslanovun istintaqa müdaxiləsi ilə baş verib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?