Modern.az

Medvedyev Azərbaycanla “qaz sazişi” imzalayacaq

Medvedyev Azərbaycanla “qaz sazişi” imzalayacaq

Təhsil

2 Sentyabr 2010, 13:51

Rusiya prezidenti Dimitri Medvedyevin Azərbaycana səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə 2011-2012-ci illər ərzində əlavə olaraq 1 milyard kubmetr təbii qaz alınması ilə bağlı danışıqlar aparacaq.

Modern.az “Röyters”ə istinadən məlumat verir ki, bu barədə prezidentin köməkçisi Sergey Prixodko bildirib. “Səfər şərçivəsində təbii qazın həcminin  2011-2012-ci illərdə artırılması barədə saziş imzalanaması planlaşdırılır”-deyən Prixodko təfərrüatları aşıqlamayıb. 

2010-cu ildə “Qazprom” Azərbaycandan aldığı qazın həcmini iki dəfə artıraraq onu 1 milyard kubmetrə çatdırıb. 2011-ci ildə isə bunu 2 milyarda çatdırmaq niyyətindədir. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə