Modern.az

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI artıb, azalıb?

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI artıb, azalıb?

11 Fevral 2015, 11:30

Azərbaycanda nikahdankənar doğulanların sayının artmasının səbəbi və bundan qaynaqlanan əsas problem nədir? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova Modern.az saytına bu barədə danışıb.

“Qeyri-rəsmi doğulan uşaqların sayının artması valideyn məsuliyyətsizliyi ilə bağlıdır. Bu zaman ən çox qarşıya çıxan problem doğum haqqında şəhadətnamənin olmamasına görə yaşanır. Valideynlər qeydiyyat şöbələrinə ərizə ilə müraciət etdikdə aydın olur ki, sənədlər yerində deyil. Çox qəribədir ki, insanlar uzun müddətdir ailə qurmasına, çox yaxşı münasibətləri, 3-4 uşaqları olmasına baxmayaraq rəsmi nikah bağlamırlar. Bu səbəbdən də hər dəfə uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün uzun və sıxıcı prosedur qaydalarından keçmək məcburiyyətində qalırlar. Rəsmi nikah olduğu halda isə sənədlər asan başa gəlir, heç bir əlavə vaxt itkisinə baş vermir”.

Şöbənin məsləhətçisi nikahdankənar uşaqların sayının artması faktının müşahidə edilmədiyini deyib: “Staistikaya nəzər salsaq, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı belə olub: 2011-ci ildə 30 min 983 nəfər, 2012-ci ildə 27 min 31 nəfər, 2013-cü ildə 25 min 69 nəfər olub. 2014-cü ilin stastistikası isə hələ hazır deyil. Statistikadan da göründüyü kimi hər il müəyyən qədər azalama baş verir. Rəqəmlərin azalması isə əsasən maarifləndirmə işinin təsirindən irəli gəlir. İnsanlar dərk edir ki, münasibətlərin rəsmiləşdirilməsi ailə üzvlərinin hüquqlarının tan olaraq təmin olumasıdır”.

Aynur Veysəlovanın sözlərinə görə, rəsmi nikah, sadəcə uşaqların sənədləşməsi işinə görə yox, ümumən insanların şəxsi münasibətlərinin aydınlaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir: “Bu tip problemlərin aradan qaldırılması üçün biz ən çox maarifləndirmənin artırılmasına üstünlük veririk. Xüsusi diqqət yetirdiyimiz məsələ vətəndaş məsuliyyətinin dərk edilməsidir”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?