Modern.az

“Azərbaycanın Rusiyadan soruşacağı məsələlər var.....”

“Azərbaycanın Rusiyadan soruşacağı  məsələlər var.....”

Müsahibə

2 Sentyabr 2010, 17:33
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıbəylinin sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində qaranlıq məqamlar, xüsusən son dövrlər tündləşən məqamlar var.
Modern.az
-a müsahibəsində deputat bir sıra məqamları şərh edir

- Rusiya prezidentinin indiki həssas məqamda Azərbaycana səfərinə hansı prizmadan yanaşamaq lazımdır?
- Düşünürəm ki, Medvedyevin səfərinin mənfi məqamlarından yox, müsbət prizmadan yanaşmaq lazımdır. Bir çox müşahidəçilər, siyasilər, müxalifətçilər bu səfərin əleyhinə çıxışlar edirlər. Mən düşünürəm ki, bu səfərin baş tutması önəmlidir. Ilk növbədə qarşı tərəfdə, özümüzü dost hesab etdiyimiz, birtərəfli də olsa dostluq münasibətləri sərgilədiyimiz bir ölkənin rəhbərinə yəqin ki, verəcəyimiz suallar var... Münasibətələrə aydınlıq gətirmək, Rusiya-Azərbaycan münasibətlərində qaranlıq məqamlar, xüsusən son dövrlər tündləşən məqamlar var. Bunlara aydınlıq gətirmək üçün səfərin önəmini azaltmaq olmaz. Bu səfərə diqqət vermək lazımıdır. Düşünürəm ki, bu səfər çərçivəsində Azərbaycanın Rusiyadan soruşacağı  məsələlər var. Ümid edirəm ki, bunlara bir aydınlıq gələcək.
Digər tərəfdən Azərbaycan Rusiyaya münasibətdə həmişə özünü nə qədər etibarlı bir tərəfdaş, dost kimi apardığının şahidi olmuşuq. Prezident İlham Əliyevin Rusiyaya münasibəti, Azərbaycan dövlətinin Rusiyaya münasibəti həmişə səmimi olub. Baxmayaraq ki, uzun illər Azərbaycan Rusiyanın müstəmləkəsi olub və bu siyasətdən əziyyət çəkib. Buna baxmayaraq biz münasibətlərimizi Rusiya ilə tamamilə ağ səhifədən başlamaşıq. Rusiyanın cənubunda onun ərazi bütövlüyünə qarşı separatçı meyylərin gücləndiyi Çeçenistanda müharibənin getdiyi vaxtda, dünyanın çeçen separatçılarını dəstəklədiyi bir vaxtda Azərbaycan həmişə Rusiyanın ərazi bütövlüyünə hörmətlə yanaşıb. Bunun müqabilində Gümrüdə rus bazalarının saxlama müddətinin uzadılması müqaviləsi Azərbaycanı narahat edir. Bu baxımdan Medvedevin səfəri münasibətlərə aydınlıq baxımından lazımlıdır.

- Qarabağ probleminin həlli üçün hər iki prezidntin görüşünün müsbət  nəticələri ola bilərmi?

- Mənim fikrimcə, Qarabağ probleminin sülh you ilə həlli istiqamətində atılan addımlara görə ilk növbədə Minsk Qrupu məsuldur. Amma onların bu istiqamətdə atdığı addımlarda ciddi bir sistemsizlik müşahidə olunur. Bu daha çox “bir addım irəli, iki addım geri” prinsipinə bənzəyir. Bir təfərdən prezidentlərin görüşləri təşkil edilir, Minsk qrupunun turist səfərlərini xatırladan səfərləri keçirilir, amma digər tərəfdən Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını heçə endirən və təcavüzkarı dəstəkləyən addımlar atmaqla əslində münaqişənin həllini mürəkkəb və dolaşıq mərhələyə gətirib çıxarıblar. Həmsədrlərin bölgəyə səfərləri, saysız-hesabsız görüşləri mərhum Heydər Əliyevin təbirincə desək turist səfərlərindən uzağa getmir. Bu illər ərzində münaqişənin həlli üçün Minck Qrupunun fəaliyyətində heç bir ciddi dönüşün şahidi ola bilmədik. Bu müddət ərzində  münaqişəni həllini çətinləşdirən, demək olar ki, mümkünsüz edən addımlar atılır. Rusiya prezidentinin bir neçə gün öncə Yerevana səfəri çərçivəsində Gümrüdə yerləşən rus hərbi bazalarının heç bir zərurət olmadan müddətinin uzadılması sözsüz, münaqişənin həllinə xidmət etmir, əksinə ciddi suallar yaradır. Köhnə müqavilənin bitməsinə hələ 10 il qalmış yenidən ermənilərlə müqavilə niyə yenidən təzələnib? Buna heç bir real zərurət olmadığı halda bu addımın atılması hərbi tərəfdən daha çox siyasi-psixoloji tərəfi var. Məqsəd erməni cəmiyyətinə “Ermənistanın arxasında hələ güclü qüvvələr var”, beynəlxalq siyasi oyunçulara “Rusiya hələ Cənubi Qafqazdan çıxmaq niyyətində deyil” kimi mesajları vermək idi. Bütün bu addımlar Azərbaycanı narahat etməyə bilməz. Həm ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ilə bağlı qərarından, Fransanın Ermənistan ordusunu slahlandırmaq istəyini elan etməsi, eyni zamanda Rusiyanın son dövrlər Cənubi Qafqazda onsuzda kövrək olan, pozulmuş hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişmək cəhdlərindən çox böyük narahtalıq keçirirk. Şəxsən mən bu addımlardan çox narahatam. Bütün bunlar Qarabağ məsələsinin sülh yolu ilə həllinə xidmət etmir.  

- Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma eyni zamanda ərazimizi işğal etmiş Ermənistanla müttəfiqlik sazişi imzalayır. Belə ikili siyasətin motivi nədir? Azərbaycan müharibəyə  başlayacağı təqdirdə Moskva hansı mövqeyi sərgiləyə bilər? 

- Bütün bu sualları Azərbaycan tərəfi Rusiyaya unvanlayacaq. Bəlkə də bu sualların əksəriyyətinin cavablarını biz bilirik.  Hər halda Rusiya Azərbaycanı özünün dostu hesab edirsə, Lavrovun bəyan etdiyi kimi strateji tərəfdarı sayırsa  bu, o zaman ərazilərimizi işğal edən Ermənistanla siyasi tərəfdaşlığı  necə uzlaşır? Həm işğalçı, həm də işğal olunan ölkələrin hər ikisi ilə siyasi tərəfdaşlığını necə qurmaq niyyətindədir?  Rusiya hər iki tərəflə siyasi əməkdaşlığı necə təssəvür edir?!Bu suallar Rusiyaya ünvanlanacaq suallardır. Bütün çılpaqlığı ilə ortada olan bir həqiqət var. Cənubi Qafqazda Rusiyanın dəstəyi ilə hərbi-siyasi balans işğalçı Ermənistanın xeyrinə dəyişib. Və bu məyusedici hadisədir. Ona görə ki, Minsk qrupunun həmsədri kimi üzərinə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ciddi bir məsuliyyət götürən Rusiya Ermənistanı silahlandırır. Moskva öz hərbi bazalarını Ermənistanın təhlükəzliyini qorumaq üçün istifadə etmək niyyətindidrsə, eyni zamanda Azərbaycanı öz tərəfdaşı hesab edirsə, sözsüz ki ortada ciddi bir anlaşılmazlıq var. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir.  

- Bir sıra müxalifət partiya rəhbərləri hesab edirlər ki, Azərbaycanın Rusiya ilə yaxınlaşması onun Qərbyönümlü siyasətindən geri çəkilməsidir. Bunlar nə dərəcədə həqiqəti əks etdirir? 

- Bu fikirlərə qəti razılaşmıram. Düşünürəm ki, Azərbaycan müstəqil ölkə kimi özünün ali dəyərlərini Konstitutsiyasında təsbit edib. Dövlətin başlıca vəzivəsi hüquq və azadlıqlarının qorunmasıdır.  Həmin ali sənəddə insanların hüquq və azadlıqları göstərilib.  Bu hüquq və azadlıqların təminatına Avropa Konvensiyaları ilə qoşulur. Sadəcə Azərbaycanın son dövrlərdə Rusiya ilə münasibətlərində bir intensivlik var. Bu təbiidir. Rusiya Azrbaycanın böyük şimal qonşusudur. Bu ölkə özünün hərbi potensialı, siyasi çəkisi  baxımından, Azərbaycan üçün vaz keçilməyəcək dərəcədə böyük  ölkədir. Sözsüz ki, ərazisi 20 faizi işğal altında olan, bu işğalda Rusiya faktorunun nə dərəcədə ciddi rol oynadığını bilən Azərbaycan rəhbərliyi də sözsüz ki, Moskva ilə münasibətlərində həssas olmalıdı. Siyasət reallıqlara söykənən bir sənətdir. Bu baxımdan Azərbaycan dövlət müstəqilliyinin qorunmasını ən ali dəyər elan edən bir ölkə olaraq üzrərinə düşən bütün addımları atır. Bu addımlar çərçivəsində Pusiya və İranla dostluq münasibətlərinin saxlanması heç də az əhəmiyyətli məsələlərdən deyil.  

- Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında münasibətləri necə dəyərləndirmək olar? 

- Bu münasibətlər normaldır. Rusiya Dumasına deputatlarımızın səfərləri olub.  Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.  Azərbaycan parlamentarilərinin bu istiqamətdə fəaliyyəti kifayət qədər qənaətbəxşdir.  Bu məsələnin bir tərəfidir. Amma Rusiya tərəfindən atılan addımlar heç də azərbaycanlı millət vəkililəri tərəfindən qarşısı alına biləcək addımlar deyil. Bu Rusiya dövlət siyasəti çərçivəsində atılan addımdır. Çox təssüf hissi iə bildirmək istəyirəm ki, hətta Azərbaycanın müxtəlif dövlət qurumları tərəfindən yüksək səviyylərdə qurulan Azərbaycan-Rusiya əlaqələri yaranan problemlərin həllinə kömək etmir. Məncə, bu problemlərin həlli ciddi səbəbi Rusiyanın siyasi xəttində axtarmaq lazımdır.
Amma Rusiyanın son dövrlərdə ictimai fikrində bu ölkənin xarici siyasətinə, daxili siyasətinə yeni bir baxış formalaşmağa başlanır. Məncə, sağlam rus ictimai-siyasi  fikri anlayır ki, Rusiyanın maraqları ABŞ-la Avropa ilə, yaxın qonşuları ilə  münaqişəyə girməsində yox, əksinə dostluğunu tələb edir. Azərbaycan kimi Rusiya üçün önəmli olan dostu itirmək Rusiyanın dövlət maraqlarına xidmət etmir.     

Xaqani Səfəroğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...