Modern.az

Dünyanın diqqətlə izlədiyi görüşdə maraqlı OLAY - Lukaşenko Putinə oturmağa mane oldu - VİDEO

Dünyanın diqqətlə izlədiyi görüşdə maraqlı OLAY - Lukaşenko Putinə oturmağa mane oldu - VİDEO

Aktual

12 Fevral 2015, 00:43


Fevralın 12-nə keçən gecə dünyanın diqqəti Ukraynanın taleyinin həll edildiyi Minsk şəhərinə yönəlib. Belarusun paytaxtında “Normand dördlüyü” ölkələri liderlərinin Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar keçirilir.

Modern.az saytı xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqlarda Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Angela Merkel iştirak etdiyi toplantıdan əvvəl maraqlı hadisə baş verib. Belə ki, Rusiya prezidenti Vladimir Putin salondakı yerində əyləmək üçün kreslonu özünə yaxınlaşdırma istəyərkən, Belarus prezidenti Aleksandr Lekaşenko bilmədən ona mane olub. Bu zaman Lukaşenko Angela Merkellə nə haqdasa danışdığından, Putinin özünə tərəf çəkməyə çalışdığı kreslonu tutub saxlayıb. Başı söhbətə qarışan Lukaşenko kreslonun Putin tərəfindən dartıldığının fərqinə varmadığından, bu maraqlı səhnə operatorların videokamerasından yayınmayıb.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzuları həm separatçıların, həm də rəsmi Kiyevin ağır silahları təmas xəttində geri çəkməsi, hərbisizləşdirilmiş zolağın yaradılması və bundan sonra iki tərəf arasında davamlı sülh danışıqlarının aparılması olacaq. Almaniya, Fransa və ATƏT Ukraynada sülhün bərqərar olması üçün Rusiyanın separatçılara təsir göstərməsini istəyir.

“Normand dördlüyü” formatında danışıqların keçirilməsinə dair razılaşma ötən bazar günü Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışığı zamanı əldə olunmuşdu.


 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır