Modern.az

Rusiya prezidenti Bakıya gəlib

Rusiya prezidenti Bakıya gəlib

Təhsil

2 Sentyabr 2010, 20:12

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.  (AzərTAc) Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Dmitri Medvedyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Bu gün Rusiya dövlət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adından verilən rəsmi şam yeməyinə də qatılacaq. Sabah Bakıda əvvəlcə prezidentlər səviyyəsində, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə