Arxiv
12 Fevral 2015, 10:41 | MÜSAHİBƏ
“Deputat Madər Musayev: “Bəzi qadınlar efirdən deyir “kişi xəyanət edib”, lap əcəb edib!” - MÜSAHİBƏ

“Mən deputatlığa  adət etmişəm”

“Təyyarəyə minməkdən qorxuram, yuxarı mərtəbədən aşağıya baxa bilmirəm”

Modern.az saytında “Pəncərə” layihəsinin qonağı deputat Madər Musayevdir.

- 1990-cı ildən üzü bəri deputat kimi fəaliyyət göstərirsiniz. 25 il deputat kürsüsündə əyləşməkdən heç yorulmadınız?

- İnsan bir işə alışanda onun üçün asan olur. Adam var ki, hər gün bir vaqon sement boşaldır. Bu iş çətin də olsa, adət edib. Mən də deputatlığa  adət etmişəm, kiminsə bir gün qapımı döyməməsini, hansısa tədbirə dəvət olunmamağımı, müəyyən tədbirlərdə iştirak etməməyimi fikirləşə bilmirəm. Əgər məni hansısa tədbirə çağırmasalar, çox pis təsir edər. Artıq bu cür işlərə alışmışam. İnsan ömrü o qədər də uzun deyil. 25 il Milli Məclisin deputatı olmuşam. Ondan da qabaq rayon sovetində işləmişəm. Demək olar ki, ömrümün tən yarısını bu işlərə sərf etmişəm. Çoxlu problemlərin içində, yaxşı-pis bu mərhələyə gəlib çıxmışıq. Sizin dediyiniz yorulmaqdan söhbət gedə bilməz. Əksinə, bu işlərim olmasa yorularam. Təsəvvür edin ki, 30 il hər səhər yuxudan ayılıb hazırlaşıb işə gedirsiniz. Birdən-birə bu işlərə son qoyulur. O zaman insan necə  olar?! Eyni zamanda, kişilər üçün xarakterik xüsusiyyətlər var. Səhər durub üzünə əl gəzdirir, sonra harasa hazırlaşır. Bu gün filan tədbir, filankəslərlə görüş, biri gün rayonda tədbir və sairə işlər.  Sizcə, insanı bu gündəlik işlərdən təcrid edəndə necə olar?!

- Təbii ki, 25 il deputat olmaq lazımdır ki, bu işlərin çətin olub-olmadığını deyə bilək...

- Bir vaxtlar mənim üçün də çətin olub. Hər gün seçicilərlə danışmaq, müəyyən tədbirlərlə iştirak emək, birdən-birə 2 saat iclasda oturmaq məni yorurdu. Çünki heç zaman məclis adamı olmamışam. Amma zaman keçdikcə, heç nə çətin gəlmədi. Əksinə, adət etdiyim işləri görməsəm, darıxaram. Onu da deyim ki, insan zülmə tabedir. İnsan ömrünün sonuna kimi hansısa işdə çalışmır. Həyat davam edir. Qismət olarsa, yenidən namizədliyimi verərəm. Əgər seçicilərimin məndən narazılığı olarsa, yaxud başqa adamı deputat görmək istəyərlərsə, bunu rahatlıqla qəbul edərəm. Ümumi götürəndə, ölkədə 25 il bir dairədən başqa kiminsə deputat seçildiyini görməmişəm. Güman edirəm ki, deputat seçilməsəm də, seçicilərim məni deputat kimi görəcəklər.

- Amma siz 25 il ərzində nadir hallarda Milli Məclisin iclaslarında danışan deputatlardan olmusunuz. Yəni, susmağa üstünlük vermisiniz. Niyə danışmağı sevmirsiniz?

- Əgər sussam,  bu gün sizinlə danışa bilmərəm. Müəyyən tədbirlərdə 5-10 kəlmə nəsə danışıram. Sadəcə, çox danışana qulaq asmaq istəmirəm, ona görə özün də çox danışmıram. Dünyada qəbul edilmiş şeylər var. Əgər yarım saat danışıb bir sözü o yarım saatın içində 50 dəfə təkrarlayacamsa, danışmaq xatirinə danışmaqda məna görmürəm. Bir el məsəli var: “Danışmaq asandır iş görmək çətin”. Çox danışmaq adama heç nə vermir. Hərçənd, yaxşı danışanlar var. Hətta, yaxşı danışanlara həsəd aparıram. Görünür, Allah mənə çox danışmağı qismət etməyib. Buna da şükür. Əgər hansısa həmkarım yarım saat danışırsa və onu alqışlayırlarsa, mən də həmin alqışlardan vəcdə gəlib elə danışa bilməyəcəyimi bildiyim halda,  ağzıma gələni danışmalıyam?!  Kim nəyi bacarır onun arxasınca gedir. Bəli, deputat danışmalıdır. Buna şübhəm də yoxdur.

- Maraqlıdır, danışmağı bir o qədər də sevməyən deputat seçicilərlə mütəmadi görüşə bilirmi?

- Əlbəttə. Şəhərdə evimin olmasına baxmayaraq, Binəqədidə - kənddə seçicilərimin yanında yaşayıram. Bu yaşa qədər kənddə yaşadığımdan elə bilirəm ki, şəhərdə qala bilmərəm. Həm də kəndlilərin yanında olmasam, onların problemlərini görməsəm, darıxaram. 6 dəfə eyni kənddən namizədliyimi vermişəm. Bir dəfə də olsun yerlilərimdən kiminsə mənə alternativ olduğunu görməmişəm.

- Bu sizə olan sevgidən irəli gəlir, yoxsa qorxudan?

- Niyə qorxudan irəli gəlməlidir ki?! Bu vaxta qədər nə bir adama sillə vurmuşam, nə də bir adama  pisliyim dəyib.  Mənim atam, babam, hər iki nəslim bu kənddəndir. Hörmət və sevgiyə gəldikdə, onu gedib əyani görsəniz, özünüz qiymət verərsiniz. Adam var ki, deyir: “Mən hörmətliyəm, hamı məni sevir”. Mən belə danışan adamlardan deyiləm.

- Deyilənə görə, Milli Məclisdə üzvü olduğunuz komitənin iclaslarında aktiv çıxış edirsiniz, amma plenar iclaslar zamanı bunu müşahidə etmək olmur...

- Bir sözü məndən əvvəl deyiblərsə, onu təkrar etmək nəyə lazımdır? Üzvü olduğum Hüquq və dövlət quruculuğu komitəsində işi çox yaxşı bilən insanlar var. Hüquqşünasın yanında hüquqdan necə danışa bilərəm! Mənə elə gəlir ki, yerimi bilən adamam. Digər tərəfdən, danışsam, iş görə bilmərəm. 90-cı illərdən yığdığım təcrübə var. Eyni zamanda, danışmamağımı özüm də mənfi hal kimi dəyərləndirirəm. Elə bilirəm ki, çox danışsam, olan-qalan hörmətim də itər. Çünki təkrar danışanlara verilən qiyməti də görürəm. Dövlətim, xalqım üçün hər şeyimdən keçərəm. Qədim türklərdə belə məsəl var: “Nəyim var keçərəm, təki başım salamat olsun. Amma adıma görə başımdan da keçərəm”. Çalışmışam ki, dövlətimin, prezidentimin, xalqımın adını hər zaman uca edim.

- 25 ildə xeyli rəqibləriniz sizinlə eyni dairədən deputatlığa namizdəliklərini veriblər. Həmin rəqiblərinizi necə xatırlayırsınız?

- Elə deputatlığa namizədliyin ən ləzzətli yeri oradır. Tək namizəd olanda nə ləzzəti? Hər bir əsgər istəyir ki, zabit olsun. Bu cür hallara normal baxıram.

- Bir zaman deputat həmkarlarınız, rəhmətliklər Əli Ansunski,  akademik Ziya Bünyadovla yanaşı oturmaqla bərabər, deyilənə görə həm də dost olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Ziya Bünyadov böyük alim idi. Onunla yanaşı otururduq. Həmişə necə qəhrəman olmağından, Mircəfər Bağırovun dövründə necə işləməsindən danışardı. Amma Ziyanın elminə qiymət verə bilmərəm. Çünki onun yüzdə biri qədər elmim yoxdur. Əli Ansunski də elinə-obasına qiymət verən, çörək verən adam idi. İmkansızlara əl tutan adam olub. Fərəməz Maqsudov Əli Ansunski və mən dəfələrlə həbsxanaya getmişdik. Məhbuslar üçün ərzaq aparmışıq. Bir neçə dəfə yol yoldaşı olmuşuq.

- Deyəsən, Allahşükür Paşazadə ilə də yaxın dost olmusunuz?

- Şeyxlə indi də ailəvi dostuq. Allahşükür Paşazadə həddindən artıq yaxşı yol yoldaşıdır.  Şeyxin yol yoldaşlığından yoxdur. Şeyx yola çıxanda elə bil səninlə həmyaşıddır, sənin kimi insandır.

- İndi də Milli Məclisdə İmamverdi İsmayılovla yanaşı oturursunuz...

- Amma ailəvi dost deyilik. Ziya Bünyadovla da elə olmuşuq. Kimsə kiminsə yanında oturursa, o demək deyil ki, yaxın dostdurlar. İmamverdi ilə söhbətim tutur. Bir-birimizə qarşı hörmətimiz var. O jurnalistdir, yazardır, mən isə başqa sahənin adamıyam.

- Siz jurnalistlərdən həmişə qaçırsınız. İmamverdi müəllimin jurnalist olması sizi narahat etmir ki!

- Yox... Mən onu əhilləşdirmişəm (Gülür). Bir də, qarşımdakı insanın qəlbi safdırsa, niyə ondan qaçmalıyam? Düzdür, nadir hallarda mətbuata müsahibə verirəm. Mənə elə gəlir ki, insanların çıxışında pis nəsə axtarmaq lazım deyil.  

- Bəziləri iddia edir ki, sizin ali təhsiliniz yoxdur...

- Moskva Koperativ İnstitutunu bitirmişəm. “Universam”ın direktoru olmuşam. Milli Məclisə gedəndə 500 işçim olub. Ticarət əlaçısıyam. O vaxtlar ticarət əlaçısı adını az adamlara verirdilər.

- Ticarət əlaçılığından söz düşmüşkən, sizi xeyriyyəçi kimi də tanıyırlar. Amma özünüzü xeyriyyəçi kimi qabartmağı sevmirsiniz...

- Xeyriyyəçilik təbliğatla olmur. Desəm ki, aliməm, məni alim kimi tanıyan olacaq?! Özümə xeyriyyəçi demirəm, amma camaat deyir.

- Siz də razılaşırsınız?

- Razılaşmayıb neyləməliyəm. Əgər camaat mənə alim demirsə, vuruşmalıyam ki, niyə mənə alim demirsiz?! Reallıqda alim deyiləm axı! İşinin mütəxəssisləri hansı sahədə olur-olsun, onlara böyük hörmətim var. Ancaq fərqli peşə sahibləri bir-birinin işinə qarışanda çox pis oluram. Xeyriyyəçiyəm, amma alimin, siyasətçinin işinə qarışıram. Yaxud alimdir, siyasətçidir, xeyriyyəçinin işinə qarışır. Belə olmaz.

- Özünüzü siyasətçi kimi görməsəniz də, deputatlar siyasi proseslərin içində olurlar. Özünüzü siyasətdə görə bilirsinizmi?

- Bir dəfə Bəxtiyar Vahabzadədən soruşurlar: “Alim Bəxtiyar, yoxsa şair Bəxtiyar?” O da deyir: “Alim Bəxtiyarı şair Bəxtiyar dizinin altına qoyar”. Mənim siyasətimə gəlincə, dövlətimin siyasəti nədirsə, onu da dəstəkləyirəm. Siyasətçi kimi özümdən rəy verib, “mənə elə gəlir”,  “filan məsələ belə olacaq” edə bilmərəm.

- 25 illik deputatlıq fəaliyyətiniz dövründə cəbhəçilərlə, parlamentin keçmiş spikerləri  Rəsul Quliyev və İsa Qəmbərlə eyni məkanı paylaşmısınız. Onları necə xatırlayırsınız?

- İndiki dövrlə o zamankı dövrü müqayisə etmək olmaz. İnsanlar yarım kiloqram çörək almaq üçün səhərə yaxına kimi çörək növbəsində dayanırdılar. Yəni, o dövr çox çətin və qarışıq idi. Cəbhənin dövründə, ondan sonra adlarını çəkdiyiniz şəxslərlə nə məzuniyyətə getmişəm, nə də ezamiyyətə yollanmışam. İnsan yolda tanınır.  Mən də bu insanlarla təyyarəyə minib heç yerə getməmişəm. Hərçənd, təyyarəyə minməkdən qorxuram. Ən azından Lənkərana belə, bir yerdə getməmişik.

- Yəqin təyyarə ilə bağlı macəralarınız çox qısa olub?

- Elədir. Təyyarəyə bir-iki dəfə minmişəm. Bu, səhhətimlə bağlı yaranan problemdir. İndi də yuxarı mərtəbədən aşağı baxa bilmirəm. Düzdür, bu xəstəliyin müalicəsi var. Amma bundan sonra nəyimə lazımdır. Onsuz da təyyarəyə minməyəcəm, həm də həvəsim yoxdur.

- Mövzudan yayındıq. Bugünkü iqtidar və müxalifət nümayəndələri ilə münasibətləriniz necədir?

- İstər iqtidarda, istərsə də müxalifətdə olan hamı ilə yaxşı münasibətim var. Bu gün müxalifətdə olan İqbal Ağazadə, Fəzail Ağamalı, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyevlə çox yaxşı münasibətlərimiz var.

- Bu sadaladıqlarınız  hakimiyyətə loyal münasibətləri ilə seçilən müxalifətçilərdir.  Müxalifətin radikal simaları da var axı!

- Onlar kimdir ki?

- İsa Qəmbər, Əli Kərimli...

- Onlar müxalifət olub nə ediblər?! İnsanlar dövlətindən, rəhbərindən razı olandan sonra nəyə müxalifət olacaqsan?! İkincisi, onlar hakimiyyətdə olanda vəziyyəti gördülər. Evdə 3 uşaq, bir həyat yoldaşı olanda, görürsən ki, nə qədər istəsən problem var.  Yoxsa, sən bu boyda dövləti ideal görmək istəyirsən. Mən də çox şey istəyirəm. Bu, mümkün olan şey deyil. Azərbaycan heç vaxt bugünkü kimi iqtisadi, siyasi baxımdan güclü olmayıb. İstəyirsiniz deyim ki, çox pis vəziyyətdə, zülmdə yaşayırıq. Məsələlərə açıq gözlə baxmaq lazımdır. Elə zaman olub ki, bugünkü müxalifətin dediyi ilə razı idim. Amma Heydər Əliyev hakimiyyətə gələndə onların sözü olmamalı idi. Bu gün heç olmamalıdır. Nənəmin 80 yaşı vardı.  Məşhur boksçu Məhəmmədəlini efirdə tez-tez göstərən kimi nənəm deyirdi. “Sağdan vur, sağdan vur”. Guya ki, Məhəmmədəli heç nə bilmir, nənəm ondan çox bilir. Ona görə də kənardan baxmaq çox asandır.  

- Bugünkü müxalifətin perspektivini necə görürsüünz?

- Bugünkü müxalifət yoxdur. Müxalifət nəsə deməlidir. Maraqlıdır, nəyi?! Ayrı-ayrılıqda hər iki tərəflə normal münasibətim var. Ümumiyyətlə, heç bir dövrün müxalifəti olmamışam. Nə cəbhə zamanında, nə ondan qabaq. Güman edirəm ki, yaşadığım müddətdə də müxalifət olmayacam.  Bilirsiniz, indi hər şeyin ləzzəti gedib.

Babam 120 yaşında rəhmətə gedib. O, deyirdi: “Bizim vaxtımızda belə idi”. Atam da elə deyirdi. İndi mən də deyirəm: “Bizim vaxtımız...”. Bu gün biri deyir ki, zamanə belədir, biri deyir insanlar. Mənə elə gəlir ki, zamanə də  eynidir, insanlar da. Faiz etibarilə  kəndlərdəki və şəhərlərdəki boşanmalara baxın. Görün hansında çoxdur?! Şəhərlərdə çoxdur.

- Bəlkə, şəhər insanı daha dərin düşünür, xəyanəti bağışlaya bilmir. Xüsusilə, kişilərin xəyanətini...

- Bu, çox uzun məsələdir. Bu mövzuya toxunsaq, gərək iki saat oturaq.

- Biz heç olmasa, qısa olaraq bu mövzuya toxunaq...

- Bu gün çoxları qadın-kişi hüquqlarının bərabər olmasından danışır. Qadın-kişi hüquqları necə bərabər ola bilər? Bir var desinlər ki, “bu xanım yoldaşından möhkəm qorxur, onun hörmətini saxlayır”, bir də var desinlər: “Görürsən, bu kişi arvadından necə qorxur?”. Qadına qadın, kişiyə də kişi deyirlər. Qapı döyüləndə bayıra kim çıxmalıdır?! Kişi çıxmalıdır da. Nə qədər qadınlar yerlərini bilməsələr, boşanmaların sayı bir az da çoxalacaq.

- Amma bəzi qadınlar boşanmaların çoxunun səbəbini kişilərin xəyanəti ilə əlaqələndirir?..

- Ağlı olan qadın həyat yoldaşından boşanmaz. Kim ərindən boşanıb ağ günə çıxıb?! Ayrılmaq nə kişi üçün, nə də qadın üçün yaxşıdır. Atanın yanına bu gün bunu ər kimi gətirib təqdim edirsən, sabah da başqasını. Belə olmaz.

- Belə başa düşdüm ki, siz ailədə qadınların hər hansı səhvin üstündən keçə bilməsinin  tərəfdarısınız.

- Heç xoşlamadığım bir məqam var. 50-60 yaşında kişidən qadınına olan sevgi haqqında soruşurlar. O da deyir: “Arvadımı sevirəm”. Ayıbdır vallah. Sənə nəvələrin baxır. Həyat yoldaşını da sevərlər? Həyat yoldaşın sənin başının tacıdır. “Sevirəm” sözü həyat yoldaşı üçün çox cılız bir şeydir. Ola bilər ki, sevib ailə qurmusan. Bu başqa məsələ. Üstündən illər keçəndən sonra “sevirəm” sözü cılızlaşır. Bir də görürsən ki, qadın kişinin ayağını yuyur. Bunu qəbul etmirəm. Yalnız xəstə adamın ayağını yumaq olar. Qadın ev işi görər, kişi də çöldə çalışar. İndi bəzi qadınlar  efirə çıxıb deyir: “Kişi xəyanət edib”. Xəyanət edib neyləyib?! Lap əcəb edib. Atan kiminləsə görüşməyib?! Olmayan nəyisə müzakirə etmək başıboşluqdur. Bu yaxınlarda Türkiyənin baş nazirinin müavini deyib: “Qadınlar elə gülməlidir ki, yaxınlıqda o gülüş eşidilməməlidir”. Nazir müavini o sözü deməyə peşman olub. Qadınlar Taksim meydanına   yığışıb başlayıblar ucadan gülməyə. Bu nə deməkdir?! Özünü nümayiş elətdirirsən ki, sən kimsən?! Qadında qadın həyası olmalıdır. Cənnət ö cür qadınların ayağı altındadır?!  İkincisi, kiminsə həyatına müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur.

- Siz həm də Həcc ziyarətində olmusunuz. Amma heç vaxt hacı kimi çıxış etmirsiniz...

- Rəhmətlik xalçaçı Kamil Əliyev vardı. Bir dəfə dedi ki, mən də hacıyam, özü də Hacı Əkbər. (Qurban bayramı beşinci günə düşəndə həmin hacı Hacı Əkbər olur. Yəni böyük hacı). Nədənsə, hamı Madərə hacı deyir. Əslində, özümü qədim hacılar kimi görmürəm. Bu da zaman, məkan, şəraitdən asılıdır. Hər şey nisbidir. Almanlar deyir ki, hər bir müqayisə qüsurludur. Ancaq görünür, məndə nəsə görüblər ki, hacı deyirlər. Heç vaxt kiminləsə tanış olanda, telefonda danışanda “Hacı Madərdir danışan” deməmişəm. Bunu bir adam deyə bilməz. Halbuki, Həcc ziyarətinə 90-cı illərdə getmişəm. O zaman 164 nəfərlə getmişdik.  Əsl hacı özünü necə aparar? Bax, mən özümü ona layiq bilmirəm.

- Bəs içinizdə Həcc ziyarətinə olan sevgi nə vaxtdan formalaşdı? Səhv etmirəmsə, 90-cı illərdə Həcc ziyarəti bugünkü kimi geniş yayılmamışdı...

-1973-cü ildən içki içmirəm. O vaxtlar hələ 26 yaşım yox idi. Qərara gəldim ki, içkini atım. İndi də mənim evimdə rumka yoxdur. Uşaqlarım da, nəvələrim də mənimlə yan-yana dayanıb namaz qılırlar.  Sovet dövründə məsələn, 30 faiz namaz qılan, oruc tutan  var idisə, onların 95 faizi həqiqi namaz qılıb oruc tuturdu. Az idi, amma keyfiyyətli idi. İndi isə namaz qılıb oruc tutan çoxdur. Amma keyfiyyəti yoxdur. 90-cı ildə bir dəfə Həcc ziyarətinə getmişəm. 1998-ci ildə isə Ümrə ziyarətində olmuşam. Hər iki ziyarətə şeyxlə bir yerdə getmişəm. Düzdür, bizim ailəmizdə sırf dindar kimsə olmayıb. Atamın bir sözü var idi: “Muğama həvəsin varsa, xanəndə ilə dostluq etmə”. Xanəndəni tanıyandan sonra içindəki həvəs də ölür.

- Belə başa düşdüm ki, özünüzü heç vaxt ona görə hacı kimi təqdim etmirsiniz ki, insanlar sizə yaxınlaşanda qaçmasınlar...

- Heç vaxt çalışmamışam ki, mənə Hacı Madər desinlər. Belə şeylər ağlıma gəlmir. Atamın mənə qoyduğu ad Madərdir.

- İnsanlar sizi ağsaqqal kimi qəbul edir. Yas və toy mərasimlərində baş alıb gedən israfçılığa münasibətinizi bilmək istərdik...

- Maraqlı mövzuya toxundunuz. Yadımdadır , əvvəllər Bakının kəndlərində toy mərasimlərində bir qab bozbaş verirdilər. İnsanlar bir qab yeməyini yeyib, pulunu salıb çıxıb gedirdi. Sonralar bütün regionların mətbəxi Bakıda birləşdi. Bakılı kimi danışıb kiminsə xətrinə dəymək istəmirəm. Bu, faktdır. İkincisi, israfçılığa yaxşı baxmıram. Kimin gücü nəyə çatırsa, onu da etsin.

- Amma bu gün toy və yas mərasimlərində kasıb da varlının etdiyini təkrarlayır...

- O zaman biz nə edək? Bu, cəmiyyətin problemidir. Yaxşı, atanın yasında mənimlə ayaq uzatdın. O birilərində uzada biləcəksən?! Elə adamlar tanıyıram ki, atası ölənə qədər bilməyib hardadır. Öləndə 5 dostu gələcək deyə, dəbdəbəli məclis qurur. Eyni zamanda, cümə axşamlarının  keçirilməsinin tərəfdarıyam. Çünki elə insanlar var ki, yas mərasimində iştirak etməyə vaxt tapmır. O zaman cümə axşamlarına gəlir. Vacib deyil ki, bozbaş, aş verəsən. Bir stəkan çay ver, gəlib başsağlığı verib getsinlər.

Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:06 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27 Məleykə Abbaszadə 500 bal toplayıb kənarda qalan abituriyentlərdən DANIŞDI 24 Sentyabr 2020, 16:22 “Savadlı kadrlar hazırlamaq ali məqsədimizdir” - Jurnalistikanın dekanı ilə MÜSAHİBƏ 24 Sentyabr 2020, 16:17