Modern.az

Cinsi fəallığı və potensiyanı gücləndirən “CƏNNƏT ƏDVİYYATI”

Cinsi fəallığı və potensiyanı gücləndirən “CƏNNƏT ƏDVİYYATI”

12 Fevral 2015, 21:50


Qədim dövrlərdə hili “cənnət ədviyyatı” adlandırıblar. Elə bu gün də hil dünyanın demək olar ki, bütün guşələrində qiymətli və faydalı bir ədviyyat kimi istifadə olunur.

Bu ədviyyata olan geniş tələbatın əsas səbəbi onun özünəməxsus ətri olması ilə yanaşı, həm də saymaqla bitməyən sağlamlıq üçün möcüzəvi faydalarıdır.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda hilin faydalarından bəhs edir.

Hilin başlıca faydalı xüsusiyyətlərindən biri onun antioksidant təsirə malik olmasıdır. Məhz bu xassəsinə görə hil orqanizmin zərərli maddələrdən təmizlənməsində yaxından iştirak edir, sərbəst radikalların məhvinə səbəb olur.

Bu ədviyyat orqanizmi bir çox xəstəliklərdən, o cümlədən ürək-damar, dayaq hərəkət sistemində problemlərin yaranmasından qoruyur.

Soyuqdəymə zamanı xəstəliyin qısa zamanda aradan qaldırılmasında hil güclü təsirə malikdir. O, boğaz ağrılarını götürür, öskürəyi yumşaldır, temperaturu aşağı salır.

Hil sinir sisteminə olduqca müsbət təsir göstərir. Bu ədviyyat bədənin ümumi tonusunu qaldırır, əhvalı yaxşılaşdırır.

Yüksək qan təzyiqindən, hipertoniya xəstəliyindən şikayətlənənlərə hildən istifadə məsləhət görülür. Hil çayda və kofedə kofeinin təsirini azaldır.

Mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran hil həzmi asanlaşdırır.

Ağızdan gələn xöşagəlməz qoxu problemindən qurtulmaq üçün hildən istifadə etmək kifayətdir.

Siqaret çəkənlər üçün də hil faydalıdır. O, ağciyərləri təmizləyir.

“Cənnət ədviyyatı” sayılan hil güclü afrodiziakdır. Müntəzəm istifadə olunduqda cinsi fəallıq artır, potensiya güclənir. Hildən həmçinin sidik yollarının və cinsi orqanların xəstəliklərinin müalicəsində istifadə olunur.

Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər.


İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı