Modern.az

"Özünü reklam etmək istəyənlər Milli Məclis iclaslarının birinci hissəsində səs-küy salırlar"

"Özünü reklam etmək istəyənlər Milli Məclis iclaslarının birinci hissəsində səs-küy salırlar"

3 Sentyabr 2010, 15:36

Modern.az saytının suallarını Milli Məclisin 103 saylı Gədəbəy seçki dairəsindən deputatı, Azərbaycan Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov cavablandırır.

- Rafiq müəllim, bir universitet müəllimi kimi parlamentin beş illik faliyyətinə hansı qiyməti verərdiniz?
- Yaxşı qiyməti verərdim.
- Hansı meyarla belə qiymət verirsiniz?
- Milli Məclisdə çox sayda qanun layihələri müzakirə olunub. Mən də bu sənədlərin çoxunun müzakirəsində aktiv iştrak etmişəm. Ona görə də parlamentın fəaliyyətinə yaxşı qiymət verirəm.
- Milli Məclisin üzvlərinin fəaliyyəti necə, sizi qane edə bildimi?
- Bilirsiniz necədir, bəzi qəzetlər yazırlar ki, Rafiq Məmmədhəsənov həkim kimi öz sahəsində çox uğurlar əldə edib, amma parlamentari kimi bunu deyə bimərik. Mən bununla razılaşmıram. Deputatlar var ki, 5 ildə birdəfə də olsun səsini eşitməmişik. Mən hər dəfə büdcə müzakirə olunanda, Gədəbəyin problemlərinin hamısını Milli Məclisdə qaldırmışam.
- Rafiq müəllim, bu gün Gədəbəyin ən aktual problemi nədir?
- Gədəbəyin ən böyük problemi qaz problemidir. Cənab Prezident də bu məsələnin həlli üçün göstəriş verib. Mən də baş nazirin müavini ilə əlaqə saxlamışam, görüşmüşəm, xahiş etmişəm, indi Gədəbəyə qaz çəkilişı davam edir. Kəndarası yolların çəkilməsi ilə bağlı icra başçısı ilə mütəmadi əlaqə saxlayıram, xahiş edirəm ki, yollar abadlaşsın. İndiyə qədər mən 2 mindən artıq xəstə seçicimi qəbul etmişəm. Qəbul etməklə yanaşı, həm də kömək göstərmişəm. Cərrahi əməliyyatlara ehtiyacı olanlar müraciət edirlər, mən də dostlara zəng vururam, bir sözlə bütün imkanlarımdan istufadə edirəm. Seçicilərin əksəriyyəti torpaq davası  ilə bağlı da müraciət edirlər.
Gədəbəyli tələbələrə də əlimizdən gələni edirik.
- İndi seçicilərin çoxu pul istəyir, onlara pul verə bilmisinizmi?
- Məndən pul istəyən olmayıb. Mən biznesmen deyiləm.
- Belə çıxır ki, ən çox xəstələrlə maraqlanırsınız?
- Gədəbəyin yeli problemləri ilə də maraqlanıram. Mədəniyyət və Turizm Nazirliyində olmuşam, orada məsələ qaldırmışam ki, Gədəbəydə mədəni abidələrin hamısının  yenidən qurulması, qorunması və s. məsələlər həll olunsun.   Gədəbəyə gələn su kanalı qişda donur, bu problemi həll emək üçün Əhməd Əhmədzadə ilə görüşmüşəm. İndi onun başı Kür-Araz daşqınlarına qarışıb. Kəndarası yolların çəkilişi ilə bağlı Cavid Qurbanovla danışmışam. Başqa bir problem bankomat məsələsidir ki, bu barədə də Səlim Müslimovla danışmışam. Bu cür şeylərə mən aktiv reaksiya verirəm. Kənd məktəblərinin  təmir olunması ilə bağlı məsələ qaldırmışam, Misir Mərdanovla görüşəcəyəm. Gədəbəydə 2 nömrəli məktəb yenidən tikilməlidir. Qalan butun  məktəblər icra başçısının, yerli camaatın köməyi ilə təmir olunub. Orada elə məktəblər var ki, Bakıda olan məktəblər kimidir. 2009-cü ildə Slavyanka kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb istifadəyə verildi. Mən də öz cibimin pulu ilə böyük bir kömpüter dəsti aldım, məktəbin açılışı vaxtı onu hədiyyə elədim.
- Gədəbəydə SSRİ-nin vaxtındakı təhsil bu gun varmı?
- SSRİ vaxtında olan təhsil bu saat heç yanda yoxdur. SSRİ vaxtında olan təhsil bu gun dünyanın heç bir ölkəsində yoxdur.
- Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının açıqladığı nəticələrə görə, SSRİ vaxtında bu sahədə öndə gedən Gədəbəy indi çox geridədir...
- Bakı repitotorların hesabına irəlidədir.
- Gədəbəydə repitotorlar yoxdur?
- Gədəbəydə repitotor yoxdur, varsa azdır. Bir məsələ var da, cavanların elmə, oxumağa həvəsi ölüb. Görürlər ki, bu gün biri ali təhsl alıb, müəllim işləyir. Ən çoxu ayda 250-300 manat maaş alır, amma biri də təhsili olmaya-olmaya siqaret satır, başqa ticarətlə məşğul olur, bununla o özünə maşın, ev  və hər şey alır. Bu saat gənclərdə belə bir psixologiya var. Gənclərdən SSRİ vaxtında soruşanda “nə olacaqsan?”, deyərdilər “həkim, müəllim, arxetrektur”. İndiki  gənclərdən soruşanda “nə olacaqsan?”, hamısı deyir “biznesmen, tacir, bankir...”.
- Gənclərimizin dəyişməsində təhsil müəssisələrinin də mənfi mənada rolu varmı, bunun qarşısı alına bilərmi?
- Təhsil müəssisələrinin buna gücü çatmaz. Gəncləri istiqamətləndirməliyik elmə, təhsilə... Belə olarsa hər şey öz qaydasına düşəcək. Nə qədər biznesmen olacaq axı?
- Rafiq müəllim universitetinizdə nə qədər xarici tələbə təhsil alır?
- Xarici ölkələrdən adətən hər il 200-ə yaxın tələbə qəbul olunur. Bizdə əsasən Türkiyə, İran, Pakistan, İraq və.s ölkələrdən tələbələr var.
- Axi İran sizin universitetin diplomunu tanımır...
- Ona baxmayaraq yenə də təhsil almağa gəlirlər.
- Rafiq müəllim, SSRİ vaxtında Azərbaycanda 2-3 universitet var idi ki, dünya miqyasında tanınırdı. Onlardan biri də Tibb Universiteti idi. İndi ATU-nun bu nüfuzu qalmayib, bunun səbəbi nədir?
- Bu yaxınlarda bizim universiteti bitirən tələbələrdən 29 nəfəri Avropada öz diplomlarını təsdiqlətdilər və mutəxəsis kimi fəaliyyət göstərirlər.
- Bu gun 3-4 universitet var ki, imtahan məsələsində çox ciddi problemlər olduğu söylənilir, tələbələrdən imtahan zamanı rüşvət alırlar. ATU da bu siyahıya daxildir...
- Deyirlər, amma bizə elə faktlar gəlib çıxmır, konkret fakt deyilsin, biz ona qarşı mübarizə apara bilək. Belə bir şey varsa, götür telefonu zəng elə və bunun məxfıliyi də qorunacaq.
- Sizdə neçə tələbə 2009-2010-cu tədris ilində oxuya bilmədiklərinə görə xaric olunub?
- Onu dəqiq deyə bilmərəm. Yuxarı kurslarda olur,  dərsə gəlmirlər, verilən tapşırıqları yerinə yetirmirlər, onun üçün də xaric olunurlar.
- Rafiq müəllim, ixtisasca həkimsiniz,  deputat kimi səhiyyə problemlərini parlamentə daşıya bildinizmi?
- Mənə elə gəlir ki, daşıdım. Məsələn, kurortlara aid səhiyyə  sisteminin genişləndirilməsi, “surroqat ana” məsələləri zamanı mən çıxış elədim ki, bunun üçün cəmiyyətimiz yetişməyib. Ümumiyyyətlə, səhiyyə ilə bağlı  9 dövlət  proqramı var, bunlar da diabet, talassemiya, onkoloji xəstəliklər və s.-ni əhatə edir.  Bunların hamısını dövlət maliyələşdirir. Budcə müzakirə olunanda mən bunların üstündə bir-bir dayanıram və deyirəm ki, buna ayrılan vəsait azdır, xahiş edirəm bunu artırın.
- Həkimlərin xəstəxanaları alış-veriş məkanına çevirməsini necə qiymətləndirirsiniz?
- Mən elə fakt bilmirəm. Özüm 4 nömrəli xəstəxanada işləyirəm. Mən elə bir fakta rast gəlməmişəm. Gəlib mənə müraciət edən olmayıb. Könüllü kimsə kimə nəyisə təklif edirsə, onu musbət qəbul etmək lazımdır. Hamı danışır, amma ortada fakt yoxdur.
- Bu gün Azərbaycanda ən çox növbə olan yer xəstəxanalar və apteklərdir. Necə baxırsınız bu məsələyə?
- Görünür əhali özunun sağlamlığının qeydinə daha yaxşı qalır, ona görə də həkimə çox müraciət edir.
- Milli Məclis həm də siyasi ailədi. Bilmək istərdik, siz o siyasi ailədə özünüzə dost tapa bildinizmi?
- Deputatların çoxu ilə mənim münasibətim var. Ancaq indi mənin dost qazanan vaxtım deyil. İndi bu yaşda nə dost qazanarlar ki, dostluğu cavanlıqda qazanarlar...
- Qarşıdan parlament seçkiləri gəlir, nə fikirdəsiniz?
- Yenədə öz namizədliyimi irəli sürəcəm. İnsan həyatı dayanmır ki, inkişaf edir. Necə ki, cəmiyyət inkşaf edir, həyat davam edir, vəssalam.
- Bəs partiyanın məsləhəti?
- Partiya haranı məsləhət görsə, ora gedəcəyəm.
- Seçicilərinizin rəyi necədi sizin haqqınızda?
- Seçicilərin rəyi müsbətdir.
- Ciddi rəqibləriniz necə, var? Sizin dairənizdən keçmiş deputat Nizami Quliyevin namizəd olacağı barədə xəbər var. Hətta onun bu məsələ ilə bağlı sizin rayonun icra başçısı ilə görüşdüyü də bildirilir.
- İcra başçısı deyir görməmişəm onu. Seçkiyə müdaxilə etmək olmaz. Camaat istəməlidi, el tanımalıdı namizədi. Mən 40 ilə yaxındır ki, Gədəbəy caamatının qulluğunda dururam. Tanınmadığın yerdən seçilmək düzgün deyil. Seçici tanımalıdı ki, seçdiyi insan kimdi.
- Rafiq müəllim, parlamentin plenar iclaslarında aktivliyinizlə yadda qalmadınız...
- Parlamentdə siz jurnalistlər birinci hissədə olursunuz,  adətən. Mənim əksər çıxışlarım adətən günün ikinci yarısına düşür. Mənim çıxışlarım çoxdu, kasetləri verə bilərəm. Özünü reklam etmək istəyənlər birinci hissədə səs-küy salırlar. Nəd-nədi jurnalistlər burdadı, amma saat 2-dən sonra jurnalistlər olmur.
- Milli Məclisin sədri ilə necədir münasibətiniz?
- Müsbət. O boyda binanı tikdirdi əməlli-başlı.
- O tikinti işidi, Milli Məclis siyasi məkandır.
- Niyə, qanunların müzakirələrində aktiv müdaxilələr edir, aktiv iştrak edir, əməlli iclaslar  aparır. Mürtuz Ələsgərov sədr olanda nə gündə idi  Milli Məclis, Oqtay Əsədov yaxşı aparır Milli Məclisi.
- Rafiq müəllim, növbəti parlamentin tərkibini necə görmək istərdiniz?
- Təsadüfi adamlarn olmasını istəməzdim. İstərdim ziyalı təbəqə daha çox olsun. İstərdim ziyalı təfəkkürlü, savadlı, düşüncəli deputatlar olsun.

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir