Daxili işlər Nazirliyi Lənkəranda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Modern.az –a DİN mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanova isə xəsarət yetiriblər. R.Ağamoğlanov xəstəxanaya yerləşdiriib. Lənkəran şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulmuş, digərlərinin də tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Modern.az