Modern.az

İpoteka Fondunun 5 milyon manatlıq istiqrazı 7,9 milyon manata satılıb

İpoteka Fondunun 5 milyon manatlıq istiqrazı 7,9 milyon manata satılıb

Ölkə

8 Oktyabr 2009, 18:10

Oktyabrın 8-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 55 mln. manat təşkil edən, AZ200100868 dövlət qeydiyyat nömrəli təmin edilmiş istiqrazların növbəti 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Modern.az İpoteka Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.
Hərracda 8 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (5 mln. manat) üstələyərək 7 995 240 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. Beləliklə, dövriyyəyə buraxılışı təmin edilmiş istiqrazların həcmi 38 mln. manata çatıb.
Bu günədək Fondun təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə keçirilmiş hərraclarda tələb təklifi təqribən 2 dəfə üstələyərək 68,6 mln.manat təşkil edib. Bu göstərici investorlar tərəfindən təmin edilmiş istiqrazlara böyük marağın olmasını təsdiq edir. Eyni zamanda maliyyə bazarında yeni alət olmasına baxmayaraq, artıq bu istiqrazların təkrar bazarda da aktiv dövriyyəsi müşahidə olunur.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi