Modern.az

“Türkiyənin Qarabağ probleminin həllində Moskvaya təsiri gülünc məsələdir”

“Türkiyənin Qarabağ probleminin həllində Moskvaya təsiri gülünc məsələdir”

Aktual

14 Fevral 2015, 13:36



“Hazırda Rusiya ABŞ-a meydan oxuyur. Və bu məsələ daxilində Türkiyənin Rusiyaya heç bir təsir göstərmək imkanı yoxdur. Rusiya nüvə dövləti olaraq böyük bir dövlətdir. Ümumiyyətlə gülünc məsələdir ki, Türkiyə Qarabağ probleminin həllində Moskvaya təsir göstərə bilər”.
Bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, Qarabağ məsələsi Rusiyanın strategiyasıdır və Kreml bununla Azərbaycanı və Ermənistanı daim basqı altında saxlamaq istəyir.

“Bütün bunlarla yanaşı, Rusiya Türkiyəyə qaz verir və Türkiyə isə öz növbəsində Moskvaya  verilən qazın qiymətinin aşağı salınması haqqında xahişlər edir. Bu baxımdan Türkiyənin Qarabağ  probleminin həllində Rusiyaya iqtisadi baxımdan belə? təsir etmək imkanı yoxdur”,-deyə Vəfa Quluzadə söyləyib.

Keçmiş dövlət müşaviri Cavaxetiya məsələsinin də Rusiyanın   gələcəyə hesablanmış hədəfi olduğunu vurğulayıb. Onun sözlərinə görə Cavaxetiya məsələsi hələ ki, hədə- qorxudur.

“Hələlik bunların heç biri real deyil.  Qarabağın nə Ermənistan, nə də Rusiya tərəfindən tanınması realdır. Sanksiyalar və böyük iqtisadi böhran nəticəsində Rusiyada hal-hazırda gərgin vəziyyət hökm sürür. Ona görə də hər şey Rusiyanın bu gərgin vəziyyətdən çıxması ilə birbaşa bağlıdır”.

Vəfa Quluzadə Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasəti isə belə şərh edib:

“Azərbaycan indiki zaman üçün güclü xarici siyasət aparır. Rusiya ilə bizim mübarizə aparmaq imkanımız yoxdur. Əsas məsələ bu proseslərdə Rusiyanı qıcıqlandırmamaqdır. Rusiyaya birləşmək də mümkün deyil. Çünki gedib kölə ola bilmərik. Bəzilələri düşünür ki, Rusiya ilə dil taparaq, bütün məsələləri həll etmək olarr. Bu da mümükün deyil. Əgər  Rusiya çökərsə,  bütün bu təhlükələr aradan qalxar.
Yox əgər Rusiya bu vəziyyətdə güclənərsə, o zaman Kreml bütün imkanlarını işə salıb keçmiş Sovetləri bərpa edə bilər. Lakin ilkin növbədə Qərb və ABŞ buna imkan verməyəcək. ABŞ trilyonlarla pul xərcləyib ki, Sovet İttifaqını çökdürsün. İndi də bu proseslər Rusiya ətrafında davam edir. Hazırda Rusiya və Qərb arasında böyük mübarizə gedir. Bu mübarizənin nəticələrindən çox şey asılı olacaq”.

Şahin Qocayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır