Modern.az

Rusiyadan Qarabağ barədə sensasion AÇIQLAMA: “Putin optimal variant üzərində işləyir”

Rusiyadan Qarabağ barədə sensasion AÇIQLAMA: “Putin optimal variant üzərində işləyir”

15 Fevral 2015, 19:34

 

“Azərbaycanla Rusiyanın dostluq münasibətlərini  onunla təsdiq etmək olar ki, AŞPA-da bizim nümayəndə heyətlərimiz Amerika ekspansiyasına qarşı vahid cəbhədən səs verirlər”.

Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası  işləri üzrə sədr  müavini Vladimir Niktin belə açıqlama ilə çıxış edib. O, Rusiya Kommunist Partiyası lideri Gennadi Zyüqanovun Bakıya səfəri, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü də xatırladıb.  

Dövlət Duması rəsmisinin bildirdiyinə görə, Azərbaycanda Rusiya vətəndaşlarına çox gözəl münasibət sərgilənir və bu, iki ölkənin əməkdaşlığının daha da sıx olacağına ümidləri artırır.  

Vladimir Nikitin onu da qeyd edib ki, Azərbaycanda postsovet ölkələrində yeganə ölkələrdən biridir ki, orada kəskin rusofobiya yoxdur. Rusiya Dövlət Duması sədrinin müavini Azərbaycanın Avrasiya İqtisadi İttifaqının tərkibinə daxil olacağına ümid etdiyini də söyləyib.  

O, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqaməti fonunda Rusiya-Azərbaycan əlaqələrini də şərh edib. Vladimir Nikitin bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır və bunun üçün böyük səylər ortaya qoyur.  


“Mən bilirəm ki, hazırda Rusiya prezidenti Vladimir Putin, Dövlət Dumasının sədri Sergey Narışkin  Azərbaycanın və Ermənistanın liderlərinin bu ağrılı problemin həlli istiqamətində razılığa gəlmələri üçün ilkin optimal variant üzərində işləyirlər. Düşünürəm ki, nəticədə tərəflər münaqişənin həlli yolunu tapacaqlar”,-deyə Vladimir Nikitin vurğulayıb.

Aqşin Kərimov  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?