Modern.az

Orqanizmin təmizlənməsi üçün sınanmış SAĞLAMLIQ CÖVHƏRİ

Orqanizmin təmizlənməsi üçün sınanmış SAĞLAMLIQ CÖVHƏRİ

Aktual

15 Fevral 2015, 22:02


Vaxtaşırı orqanizmin təmizlənməsinin sağlamlıq üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Bunun üçün xalq təbabətində bir çox üsullar mövcuddur.

Modern.az saytı bu üsullardan biri olan sınanmış sağlamlıq cövhəri haqqında yazını təqdim edir.

Bu cövhəri hazırlamaq üçün aşağıdakılar lazımdır:

1. 5 xörək qaşığı qozun arakəsmələri

2. 3 xörək qaşığı çaytikanı (oblepixa) birkisinin yarpaqları

3. 5 xörək qaşığı gicitkan yarpaqları

4. 10 xörək qaşığı itburnu meyvəsi

5. 7 xörək qaşığı moruq yarpaqları

Əvvəlcə bütün bunları üyüdücüdə xırdalayıb qarışdırmaq lazımdır. Sonra üzərinə 500 qram spirt əlavə edərək qaranlıq yerdə 20 gün saxlanılmalıdır. Bu müddət ərzində hər gün bir dəfə yaxşıca çalxalanmalıdır. 20 gün keçdikdən sonra sağlamlıq cövhərindən istifadə etmək olar.

1 çay qaşığı cövhəri 1 xörək qaşığı su ilə qarışdırıb səhərlər acqarnına, günorta və axşan isə yeməkdən 40 dəqiqə əvvəl qəbul edilməlidir. Kursun müddəti ən azı 40 gün olmalıdır.

Sağlamlıq cövhərindən istifadə edərkən artıq ikinci həftədən orqanizmə müsbət təsiri hiss olunur.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı