Modern.az

“Rusiya Qarabağ münaqişəsinin həlli əvəzində orada hərbi bazasını yaratmağı tələb edə bilər”

“Rusiya Qarabağ münaqişəsinin həlli əvəzində orada hərbi bazasını yaratmağı tələb edə bilər”

16 Fevral 2015, 13:12

Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Niktin maraqlı açılama verib. O bildirib ki, Rusiya Qarabağ probleminin nizama salınmasında maraqlıdır.  Dövlət Dumasının sədr müavini vurğulayıb ki, xüsusilə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün optimal variant üzrəində işləyir.

Politoloq Qabil Hüseynli Modern.az-a Vladimir Niktinin fikirlərini şərh edərkən deyib ki, Rusiya prezidentinin optimal variant məsələsi Ermənistanda hakimiyyət dəyişikliyindən başlayacaq: “Optimal variant kimi birinci Ermənistanda hakimiyyət dəyişikliyini nəzərdə tuturam. Çünki Ermənistanda hakimiyyətdə olanlar danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur və yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür. Kremlin də müəyyən çağırışlarına tabe olmurlar. Görünür, optimal variant Ermənistanda hakimiyyət dəyişikliyindən başlayacaq. Rusiya nisbətən daha az millətçilik xəstəliyinə tutulan bir şəxsin Ermənistanda hakimiyyətə gətirməyə çalışır. Bunun isə Qarabağ probleminin yenidən çözülməsi üçün iki ölkə rəhbərliyinin görüşləri seriyasından ibarət olacağını düşünürəm. Zənnimcə, görüşlər seriyasında Rusiya hələlik iqtisadi-siyasi maraqları üçün müəyyən bazarlıqlar aparacaq. Həm də Azərbaycanı öz tərəfinə çəkmək üçün Ermənistandan danışıqlarda konstruktiv olmağı, Azərbaycanınm ərazi bütövlüyünün təmin edilməsini tələb edə bilər”.

Ekspertin sözlərinə görə, burada bir təhlükəli variant da var: “Rusiya Dağlıq Qarabağda öz qoşunlarını yerləşdirmək kimi o qədər də məqbul olmayan məsələni də gündəmə gətirə bilər. Bu isə Azərbaycan üçün məqbul sayıla bilməz. Rusiya bu variantda daha konstruktiv mövqedə dayana bilər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı kimi sülh variantında da onun təsdiqinə çalışa bilər. Bu şərtlə ki, Dağlıq Qarabağa ən yüksək muxtar statusu verilməklə, o statusun təmasçısı kimi öz qoşunlarını, yaxud da hərbi bazasını Dağlıq Qarabağda yerləşdirməyi də tələb edə bilər. Azərbaycan bununla razı olmaya da bilər. Bunun əvəzində Avrasiya İttifaqına daxil olmağı öhdəlik kimi götürə bilər. Yəni Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi və Azərbaycanın  Avrasiya Birliyinə daxil olması məsələsi gündəmdə ola bilər”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi