Modern.az

İrəvanda siyasi gərginlik - “Köçəryan vətəndaş müharibəsinin konturlarını cızıb”

İrəvanda siyasi gərginlik - “Köçəryan vətəndaş müharibəsinin konturlarını cızıb”

18 Fevral 2015, 00:20

Ermənistanın indiki hakimiyyətinə müxalifətdə olan 3 əsas siyasi qüvvə - “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyaları fevralın 20-də İrəvandakı Azadlıq meydanında mitinq keçirmək haqda qərar verib. Bu günlərdə “Çiçəklənən Ermənistan” Partiyasının sədri, deputat Qaqik Tsarukyanla president Serj Sərkisyan arasında münasibətlərin kəskinləşməsi hakimiyyətə qarşı müxalifətin mübarizə əzmini daha da artırıb. Təsadüfi deyil ki, Tsarukyan Sərkisyanın onu Ermənistan üçün təhlükə elan etməsindən sonra “Çiçəklənən Ermənistan”ın lideri də erməniləri küçələrə çıxarıb hakimiyyət dəyişikliyinə nail olunacağını gizlətməyib. Keçmiş prezidenti Robert Köçəryanın da müxalifət tərəfində olduğu, xüsusilə Tsarukyanı dəstəklədiyi istisna olunmur. Köçəryan bu günlərdəki müsahibəsində də Sərkisyanı qlınayaraq onun Tsarukyana qarşı mövqeyi ilə razılaşmayıb. Vəziyyətin getdikcə gərginləşəcəyi təqdirdə Ermənistanda nə baş verə bilər?

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ölkənin Ali Sovetinin keçmiş deputatı, keçmiş sovet siyasi məhbusu Azat Arşakyan bu suala belə cavab verib: “Gözləntilər böyükdür – hakimiyyət dəyişikliyi də gözlənilir. Uzun illər müxtəlif qüvvələr daim hakimiyyət dəyişikliyindən danışıblar, biz isə gözləmişik ki, bu klassik üsulla baş verəcək, yeni proqramlar təklif olunacaq, yeni siyasi kurs həyata keçiriləcək və bütün bunlar inqilabi yolla yolla yox, seçkilər vasitəsilə reallaşacaq, hakimiyyət dəyişikliyi də məhz bu cür baş verəcək. Hakimiyyət dəyişikliyindən danışarkən, mən Konstitusiya dəyişikliyini nəzərdə tuturam, indiki sənəd Ermənistanda xanlıqla nəticələnib. Hesab edirəm ki, hakimiyyətə can atan istənilən qüvvə bizə Ermənistanda demokratiyanı təmin edən yeni Konstitusiya təqdim etməlidir. Əgər hansısa qüvvə bunu təklif edəcəksə, deməli hakimiyyət dəyişikliyi də baş verəcək. Ancaq illər keçib, bu qüvvə ortaya çıxmayıb. Müxalifət, qeyri hökumət qüvvələri hakimyyət dəyişikliyini təklif etməyiblər”.

Robert Köçəryanın müsahibəsinə gəldikdə, Azat Arşakyan deyib: “O, vətəndaş müharibəsinin konturlarını müəyyənləşdirib”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır