Modern.az

Parlament Jurnalistləri 4 ölkədə Xocalı Soyqırımını tanıdacaq

Parlament Jurnalistləri 4 ölkədə Xocalı Soyqırımını tanıdacaq

18 Fevral 2015, 15:36

Parlament Jurnalistlər Birliyi (PJB) Xocalı Soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyə, Almaniya, Gürcüstan və Kiprdə silsilə tədbirlər keçirəcək.

Türkiyə:
Türkiyənin İstanbul şəhərində, Marmara Universitetində fevralın 26-da Xocalı soyqırımı zamanı ermənilər tərəfindən hər iki valideyni qətlə yetirilən 25 uşağın yaşantılarından bəhs edən “Böyüməyən uşaqlar” kitabının və kitab əsasında hazırlanmış eyni adlı sənədli filmin təqdimatı olacaq.
Tədbirdə 500 əcnəbi tələbə, universitetin rəhbərliyi, Türkiyəli deputatlar, ictimaiyyət nümayəndələri, Azərbaycanlı deputatlar, Azərbaycanın İstanbuldakı konsulu, Türkiyə mediasının nümayəndələri iştirak edəcəklər.

Almaniya: Parlament Jurnalistlər Birliyi Alman Azərbaycan Mədəniyyət Evi ilə birgə „Xocalıya ədalət“ kampaniyası çərçivəsində bir sıra tədbirlər planlaşdırır.
Bele ki, Almaniyanın Köln şəhərində fevralın 22-də mərkəzi Dom meydanında 1500 nəfərlik mitinq keciriləcək. Bunun üçün artıq müvafiq dövlət qurumlarından icazə alınıb.
Tədbirə soydaşlarımızla yanaşı Kölndə yerləşən Türkiyə Gənclik Birliyi (TGB), Avropa Türk İslam Birliyi (ATİB), Türkiyə Milliyətçi Hərəkat Partiyasının gənclik qolları və bir sıra alman təşkilatları dəstək verəcəklər.
Tədbirlə bağlı yüzə yaxın plakat, 3000-dən çox fleyer hazırlanıb.
Bundan başqa, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar“ kitabının alman dilində variantının təqdimatı olacaq.
Kitab 2000 nüsxədə çap edilib.
200 ədəbi Almaniya Bundestagına, Böyük mərkəzi kitabxanalara, universitet kitabxanalarına paylanacaq. Yerde qalan kitablar Avropada fəaliyyət göstərən bütün mağaza ve online tipli kitab satış yerlerində satışa çıxarılacaq.
Şimali Kipr Türk Cümhuriyyətinin Yakın Doğu Universitetində fevralın 26-da Xocalı soyqırımı zamanı ermənilər tərəfindən hər iki valideyni qətlə yetirilən 25 uşağın yaşantılarından bəhs edən “Böyüməyən uşaqlar” kitabının və kitab əsasında hazırlanmış eyni adlı sənədli filmin təqdimatı olacaq.
Tədbirdə əcnəbi tələbələr, universitetin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Gürcüstan:
Gürcüstanda “Böyüməyən uşaqlar” kitabının türk, alman və ingilis dillərində çap edilmiş variantının təqdimatı keçiriləcək. Tədbir azərbaycanlı jurnalistlərin səyi ilə təşkil edilib və tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri də iştirak edəcək.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi