Modern.az

Fələstin Əhmədinejatı fırıldaqçı adlandırdı

Fələstin Əhmədinejatı fırıldaqçı adlandırdı

Dünya

5 Sentyabr 2010, 21:21

Liviyada səfərdə olan Fələstin lideri Mahmud  Abbas və onun tərəfdarları İran Respublikasının prezidenti Mahmud Əhmədinejatı kəskin tənqid ediblər.  Modern.az xarici mətbuata istinadən xəbər verir ki, fələstinli liderlər İran prezidentini 2009-cu ilin iyununda keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasında ittiham edərək onu fırıldaqçı adlandırıblar. Bundan bir qədər əvvəl isə  Əhmədinejat qeyd edib ki, “Fələstin – İsrail danışıqları uğursuzluğa düçardır. Fələstin xalqının taleyini isə yalnız  silahlı müqavimət həll edəcək. Mahmud Abbas kimdir ki, Fələstinin taleyini həll edir?”.   
İran prezidenti Mahmud Abbasın hakimiyyətini leyri-legitim adlandırıb və onu Fələstin xalqının maraqlarına xəyanət etməkdə ittiham edib.  Öz növbəsində Mahmud Abbasın yaxın nümayəndəsi Nabil  Abu Rudeyin isə bəyan edib ki, Əhmədinejatın  İsrail ilə danışıqlara başlanılmasına qərar vermiş  Fələstin administrasiyasını tənqid etməyə heç bir haqqı yoxdur.

Rudeyin onu da əlavə edib ki, Əhmədinejatın İran xalqı adından danışmağa heç bir haqqı yoxdur. Çünki Əhmədineyat son prezident seçkilərini saxtalaşdırıb.
“Əhmədinejat seçkilərin nəticələrini  saxtalaşdırmaq yolu ilə hakimiyyətə gəlib. Buna görə də onun Fələstin,  onun sədri və ya nümayəndələri barədə danışmağa  heç bir haqqı yoxdur”.

Rudeyin onu qeyd edib ki, Mahmud Abbas İran prezidentindən fərqli olaraq mindən artıq müşahidəçinin iştirakı ilə azad seçkilər gedişində seçilib.  Qeyd edək ki, Mahmud Abbasın səlahiyyət müddəti başa çatıb, lakin Fələstində növbəti seçkiləri siyasi qıvvələr arasında düşmənçilik üzündən baş tutmur.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi