Modern.az

Moldovada referendum baş tutmadı

Moldovada referendum baş tutmadı

Dünya

6 Sentyabr 2010, 10:53

Moldovada prezidentin seçilməsi formalarını müəyyən edəcək referendum baş tutmadı. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası bu barədə açıqlama ilə çıxış edib. MSK sədri Yevgeni Ştirbu bəyan edib ki, bazar günü keçirilmiş referendum baş tutmamış elan olunur. Referendumda seçicilərin 33,3 faizi iştirak edib.

Beləliklə də Moldovada prezidentin Konstitusiyanın 78-ci maddəsinə uyğun olaraq, ümumxalq səsverməsi yolu ilə deyil,  parlament tərəfindən seçilməsi qüvvədə qalır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub